"Əvəz Zeynallıya sahib çıxın!" - ÇAĞIRIŞ

Moderator.az xəbər verir ki, Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Zeynallı dövlətə müraciət edib.
“Əvəz bəy özü müstəqil olaraq qərar vermək iqtidarında deyil. Fikirlərini belə tamı-tamına ifadə edə bilmir. Ona görə də dövlət tərəfindən rəsmi olaraq mənim himayəmə verilən Əvəz Zeynallının həyat yoldaşı olaraq bütün məsuliyyəti öz üzərimə götürüb, Azərbaycan xalqına və dövlətinə müraciət edirəm: Əvəz Zeynallı yaşadığı bütün fəaliyyət dövrünü Azərbaycan xalqı və Azərbaycan dövlətinin rifahı naminə keçirib. Vətən sağ olsun, bu gün də xidmətlərini unutmur. Xalqın sevgisini hər an ruhumuzda hiss edirik.
Lakin bu gün imtahan günüdür. Sabah çox gec olacaq, əminliklə, bilərəkdən deyirəm. Əvəz Zeynallının müalicəsi və sağalıb, ayağa qalxması üçün lazım olan hər şeyi etmək gücü göydə Allah, yerdə yalnız dövlətdə və uca xalqımdadır. Ona görə də, dövlətimə və xalqıma müraciət edirəm:
Əvəz Zeynallıya sahib çıxın!
Bizim zatən Dövlətimizdən və Millətimizdən başqa kimimiz-kimsəmiz yoxdur.”
31 dəfə oxundu