Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur - Xəbərdarlıq edildi

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -
Eldar Qəribovun bankı "Unibank" ASC Mərkəzi Bankın tələblərinə məhəl qoymur.

Valyuta.az xəbər verir ki, Mərkəzi Bank sözügedən bankın "Banklarda korporativ idarəetmə Standartları"nın 8.2.5-ci yarımbəndini pozduğunu açıqlayıb.

Yəni, bank aparılmış daxili audit yoxlamaları barədə hesabatı vaxtında Mərkəzi Banka təqdim etməyib, habelə Mərkəzi Bankın sorğusu ilə fərdi daxili audit yoxlaması barədə məlumatları təqdim etməyib.

AMB bununla bağlı olaraq "Unibank"a qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.

Qeyd edək ki, "Unibank"ın səhmlərinin 94,8%-i Eldar Qəribova, 5,92%-i isə digər səhmdara məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...