Azərbaycanda xüsusi karantin rejimi bitib? - VACİB AÇIQLAMA

Azərbaycanda xüsusi karantin rejimi bitib? -
Baş nazir Əli Əsədovun sonuncu qərarı ilə ölkədə xüsusi karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılmışdı.

Ötən gün, yəni iyunun 1-də bu barədə yeni qərarın verilməməsi insanlarda belə bir sual doğurub: ölkədə xüsusi karantin rejimi bitib?

Demokrat.az xəbər verir ki, Baku.ws mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynovun fikirlərini öyrənib.

Deputat bildirib ki, bu barədə hökumətin qərarını mütləq gözləməliyik. Nazirlər Kabinetinin mətbuat xidməti yəqin ki məlumat yayacaq.

"Ola bilsin ki həftəsonuna düşüb, bu gün birinci gündür və çox gümankı ictimaiyyətə məlumat veriləcək", - Aydın Hüseynov vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...