Azərbaycan hərbçiləri rus dilində təlimdən imtina etdi

Azərbaycan hərbçiləri rus dilində təlimdən imtina etdi
Azərbaycan hərbçiləri bundan sonra hazırlıq prosesində rus dilindən deyil, qazax dilindən istifadə etmək istədiklərini bildiriblər.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Müdafiə Universitetinin rəisi, general-mayor Askar Mustabekov yerli mediaya açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu qərarı öz ölkəsində təlimlərin əsasən Azərbaycan, türk və ingilis dillərində aparılması ilə əsaslandırıb.

Bu səbəbdən, azərbaycanlı hərbçilər üçün qazax dili üzrə doqquz aylıq hazırlıq kursu təşkil olunacaq. Hazırda bu dəyişikliklə bağlı müvafiq hazırlıqlar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...