“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür

“Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq –
“Azercell Telekom” MMC (“Azercell”) 1 iyul 2025-ci ildən etibarən fakturasız nömrələr (SimSim) üçün yeni şərtlər tətbiq edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat.az saytı yayıb.
Bildirilir ki, iyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə 1 - 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq.
Nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq:
1-1,99 manat – 1 gün;
2-2,99 manat – 2 gün;
3-4,99 manat – 3 gün;
5-9,99 manat – 5 gün;
10-24,99 manat – 10 gün;
25-49,99 manat – 25 gün;
50-99,99 manat – 50 gün;
100 + manat – 50 gün.

Qeyd edək ki, hazırda qüvvədə olan tarifə görə, yüklənən məbləğlərə görə nömrənin aktiv qalma müddəti aşağıdakı kimidir:
1-1,99 manat – 5 gün;
2-2,99 manat – 10 gün;
3-4,99 manat – 20 gün;
5-9,99 manat – 30 gün;
10-19,99 manat – 60 gün;
20-24,99 manat – 90 gün;
25-49,99 manat – 90 gün;
50-99,99 manat – 120 gün.

Məlumat üçün bildirək ki, “Azercell” sonuncu dəfə oxşar qərarı cəmi bir il əvvəl qəbul edib. Hazırkı qaydalar 1 iyul 2024-cü ildən qüvvədədir. Daha əvvəl isə 1 manat yükləndiyi zaman nömrə 7 gün aktiv qalırdı.
Eyni zamanda onu da qeyd edək ki, bu ilin fevral ayından etibarən abunəçilər bir ay ərzində 2 manatdan az balans istifadə etdikləri halda həmin nömrəyə 2 manat məbləğində aylıq xidmət haqqı tətbiq edililir.
Məlumat üçün bildirək ki, “Azercell”in son zamanlar qəbul etdiyi bu qərarlar ölkə mətbuatında və sosial şəbəkələrdə müzakirələrə və bir çox hallarda insanların narazılığına səbəb olub.
Müqayisə üçün bildirək ki, dünyanın əksər ölklərində, o cümlədən də qonşu ölkələrdə mobil operatorların analoji qərarları olsa da, həmin ölkələrdə nömrələrin aktiv qalma müddəti Azərbaycanla müqayisə olunmayacaq həddə çoxdur.
Məsələn, Türkiyənin məşhur “Vodafone” mobil operatorunun nömrələrinin aktiv qalma müddəti ən azı 180 gündür.
Azərbaycanda və qonşu ölkələrdə fakturasız nömrələrin minimum məbləğ yükləndiyi zaman aktiv qalma müddətini təqdim edirik:
“Azercell” (Azərbaycan) – iyulun 1-dən 1 gün;
“Vodafone” (Türkiyə) – 180 gün;
“Turkcell” (Türkiyə) – 185 gün;
“Magticom” (Gürcüstan) – 60 gün;
“Meqafon” (Rusiya) – 90 gün;
“Telecom Armenia” (Ermənistan) – 90 gün.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...