AB Rusiyaya qarşı “dron səddi” yaradır - Komissar

AB Rusiyaya qarşı “dron səddi” yaradır -
Avropa Birliyi (AB) Rusiyanın hava məkanını pozması və Danimarkada baş verən son dron insidentlərindən sonra pilotsuz uçuş aparatlarına qarşı müdafiə sisteminin yaradılmasını sürətləndirir.

Axar.az xəbər verir ki, bu barədə AB-nin müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius deyib.

O, AB-yə üzv ölkələrin müdafiə nazirləri ilə videokonfransda konsepsiyanın həyata keçirilməsi barədə razılığın əldə olunduğunu açıqlayıb.

Konsepsiya çərçivəsində dronların aşkarlanması, izlənməsi və zərərsizləşdirilməsinə imkan verən ən müasir texnologiyalardan ibarət müdafiə sisteminin yaradılması nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...