“Pilgrim Education” ailələri aldatmağa davam edir ŞİKAYƏT

“Pilgrim Education” ailələri aldatmağa davam edir
Xəbər verdiyimiz kimi, Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızı bir çox tələbədən şirkətə ödəniş etdirərək onları güya xarici ölkələrin universitetlərinə təhsil almaq üçün şərait yaradacaq.

Gundeminfo.az xəbər verir ki, tribunainfo.az-a daha bir şikayət ünvanlayan, və dələduzluqla üzləşən Aylin Hüseynova başına gələnləri danışıb.

“Mən” Pilgrm Education”u 3cü kursda olandan, yəni 2023-cü ildən tanıyıram. İlk dəfə onları Instagram hesabından paylaşdığı postlar üzrə tanımışam və onlara müraciət etdikdə, ortalamam/könüllülük səviyyəm və s. ilə bağlı mənim DP uyğun olduğumu bildirdilər. Həmin ərəfələrdə
şirkətin icraçı direktoru Aisa Aslanova mənə kiçik vərəqdə siyahı yazıb təqdim etdi: siyahıya Almaniya, Avstriya, İngiltərə kimi ölkələrlə yanaşı DP proqramına və sonsuz sayda universitetlərə müraciət paketinin 1500 AZN olduğunu qeyd etdilər. Və 2 aya yaxın mən qərar verməmiş mənə çoxlu zənglər edirdilər. Qərarımı vermədiyimi, hazırda düşündüyümü desəm də 2 aya yaxın mənə daima zəng və mesaj atırdılar. O zamanlar onların ofisi Hökümət evinin yanındakı hündür mərtəbəli binada yerləşirdi. Daha sonra 1 il keçdi, 4-cü kursda olanda ortalamama və “background”uma baxıb qərara gəldim ki, bəli, mən xaricdə təhsil üçün müraciət edə bilərəm. Əvvəllər” Pilgrm” ilə konsultasiyamız olduğu üçün yenidən konsultasiyalara dəvət üzərindən yollarımız kəsişdi. 2024-cü ildə konsultasiyalara başladıq və fevral ayında anamla İçərişəhərə getdikdə Aisa xanım çox güclü “motivator” olduğu üçün yüksək səviyyəli vədləri və sözləri ilə bizdə əminlik yaradaraq, mənə DP üçün hər şeyin qaydasında olduğunu, yalnız IELTS çatışmadığını, ancaq mənim o sertifikatı asanlıqla ala biləcəyimi dedilər. Hətta mənə 90 faiz bizlikdir, 10 faiz sənlikdir dedilər. Onlar ödənişi alanda DP üçün almışdılar, ancaq hələki IELTS sertifikatım olmadığını bilirdilər. Ödənişlə bağlı təyin olunacaq konsultasiyaya gəlməzdən əvvəl mənimlə telefonda danışarkən, qiymətlərin qalxdığını, yəni 2500 olduğunu dediklərində, razı olmadığımı və imtina edəcəyimi bildirdim, onlar isə: “sənin üçün xüsusi endirim edəcəyik, 1500 azn ödəyərsən” dedilər. Halbuki, xaricdə təhsil proseslərində 1 il əvvəldən 1500 AZN almaq mənasız və əsassızdır, həmçinin proseslərin toplam dəyərinin əslində 1500 AZN dəyərində olmadığını öyrənə bilərsiniz. Müşahidə etdiyim problemli vəziyyətlərdən biri də odur ki, onlar xüsusilə yüksək nəticəli tələbələri cəlb etmək istəyirlər və onlara yüksək səviyyəli vədlər verirlər, çünki bilirlər ki, yüksək səviyyəli tələbələr ancaq yüksək səviyyəli universitetlərə müraciət edir və onların yüksək “vədləri” cəlbedici gələcəkdir, amma il boyunca müraciətlərin və ölkələrin səviyyəsi yavaş-yavaş düşür və proses zamanı sizə istəmədiyiniz yerlərə müraciət etmək üçün dəfələrlə təzyiqlər/təsirlər edirlər ki, prosesi dayandırıb ödənişi geri istəməyəsiniz.
Bu şirkətdə baş verən ən böyük manipulyasiyalardan biri də odur ki, müraciətlərə başlamasalar belə, qətiyyən ödənişi geri qaytarmırlar. Halbuki, ödəniş müraciətlər üçün verilib, buna baxmayaraq heç bir iş görülməyib və universitetlərə müraciətlər başlamayıb. Ancaq onlar hər yolu sınayırlar ki, siz ödənişi geri tələb etməyəsiniz və vaxt ötüb keçsin, keçəndən sonra da desinlər ki bizlik deyil, sən edə bilmədin, sən bacarmadın.
Biz ödənişi aylara böldürdüb ödəyirdik amma onlardan dayanmadan zənglər gəlirdi ki, ödənişi ödəyin, “deadline” qoyulub. Mən də soruşurdum ki, axı qeydiyyat prosesləri başlamayıb və ya sənədlər, müraciətlər başlamayıb, niyə ödənişi təcili istəyirsiz?! Onlar isə deyirdilər ki, “Əzizim, əvvəlcədən qeydiyyat üçün ödəniş tamamlanmalıdır ki, biz sənin proseslərinə bütün tələbələrdən tez başlayaq, sən öndə olacaqsan, səndə hər şey rahat olacaq və s.” Halbuki, bütün proses boyunca mən yadlarına salmasam, heç bir məlumat vermirdilər, IELTS 6.5 aldıqdan sonra da DP üçün uyğun olmadığımı bilirdilər və konsultasiyalara gələndə Polşa, Litva kimi ölkələrə müraciət təklif edirdilər, halbuki, dəfələrlə Polşanı istəmədiyimi demişəm.
Valideynlərimin zəhmətlə yığdığı pulu ona görə verməmişdim ki, məni istəmədiyim ölkələrə yönləndirsinlər. Ödəniş etdikdə isə sizə müqavilə imzaladırlar, hansı ki, ödənişin qaytarılmadığı qeyd olunur. Yenidən qeyd edirəm, heç bir müraciət və ya proses başlamayıb amma ödənişiniz qaytarılmır. Ödənişi etdikdən 1 ay sonra “Pilgrm” haqqında çıxan məhkəmə prosesləri, şikayət xəbərlərini tapdım. Hətta, sui-istifadə edən şirkət və ya fırıldaqçı adı ilə ittiham olunmuşdular. Təbii ki, təşvişə düşdüyüm üçün araşdırma etdim. Və ilk öncə “Pilgrm” də işləyən dostuma zəng etdim, o məni “hər şirkət barədə belə şeylər yazırlar, deyilənə inanma, hər şey yaxşı olacaq” deyirdi. Və dedi ki, “nəzərin müraciətlərinin üzərində olsun, özün” deadline”ı izlə, özün prosesi idarə et, yaxşı olacaq”. Mən isə bir şeyi başa düşmürdüm, əgər, 1500 AZN vermişəmsə, nəyə görə üstəlik əziyyət çəkib prosesi mən izləməli idim.
Daha sonra mən onlara inandığım üçün oktyabr-noyabr aylarında IELTS imtahanı verərək 6.5 yığdığım üçün konsultasiyaya gedirəm ki, qərar verək ki, mən artıq ödənişimi geri alım və prosesləri dayandırım. Çünki DP 7 istəyir. Onlar isə qətiyyən ödənişi qaytarmaqla bağlı qərarlı olduqları üçün və çox yaxşı manipulyator olduqları üçün mənim nə üçün ora gəldiyimi bilirlər və mənə başqa ölkələri, yəni Polşa, Litva İtaliya kimi ölkələri təklif edirlər. Mən dəfələrlə Litva və Polşa Universitetlərinə müraciət etmək istəmədiyimi desəm də mənim istəyimi nəzərə almayıb listdən onları çıxarmırlar və kuratorum dəfələrlə polşanın adını çəkərək məni bezdirirdi. Mən uzun müddət ərzində onlara Polşa və Litva istəmədiyimi, yalnız İtaliyadan siyahıda olan bəzi universitetləri istədiyimi deyirəm. Amma onlar təkrar-təkrar məni Polşaya göndərməkdə qərarlıdırlar. Təsəvvür edin, 2025-ci ilin iyun-iyul aylarına qədər kuratorum mənə yenə və yenə Polşadan olan universitetlərin linkini atırdı. Bütün uyğunsuz və istəmədiyim yerləri yönləndirə bilirlər, ancaq heç bir müraciət başlamamış ödənişi qaytara bilmirlər. Həmin dövrdə heç bir müraciət başlamamışdı.
Biz həmin konsultasiyada İtaliya üçün qərarlaşdıq və xüsusilə Padua universiteti siyahıda çoxdan (2024-cü ildən) olmasına baxmayaraq müraciətin 1-ci raundunun “deadline” qaçırmışdılar. İtaliyadan olan əksər unicersitetlərdən 5-6.5-ə qədər olan IELTS balı ilə təsdiq və təqaüd almaq olar. Ancaq onlar mənim ən çox istədiyim universitetlərdən biri Padua üçün deadline qaçırdılar. Deadline fevralın 1-i idi və mən soruşanda ki, “müraciət etdiz Padua üçün? – cavabında dedilər ki, narahat olma 2-ci raund üçün edəcəyik. Və mən yenə konsultasiya istəyirəm. Və artıq təxmin etdiyiniz kimi, konsultasiyaya nə üçün gəldiyimi bildikləri üçün məni yumşaldıb müxtəlif texnikalara əl atırlar. Həmçinin “dualingo” imtahanı vermək üçün mənə ayrılmış əməkdaş, proseslərin başlamamasına baxmayaraq qabaqcadan ödənişi etmədiyim üçün imtahanla bağlı dəstəyi düz 1 ay gecikdirir. Vaxtımızın olmadığını, deadline bitəcəyini desəm də onlar ancaq imtahan verməli olduğumu və 7 almalı olduğumu deyirdilər. İmtahan dəstəyi üçün yönləndirdikləri əməkdaş isə imtahan yeniliklərindən xəbərdar deyildi və əməkdaş kamera mövzusundan məlumatlı olmadığı üçün kəsildim.
Yenidən onlardan təkliflər gəlir: sertifikat ala bilməyimlə bağlı guya əlaqələri var və mənə görə sertifikat mərkəzinə yazacaqlar, və ya hətta məni gələn ilə saxlamaq fikirləri də var. Ən çox təzyiqi də dəfələrlə uğursuz olsan da IELTS almaq üzrə edirlər. Çünki 6.5-lə qəbul etdirə bilmirlər və deadline müraciət məsələlərinə məsuliyyətsiz yanaşırlar. Buna görə də tələbədən 7+ tələb edirlər. 2-ci raundun xəbərini almaq üçün yazıram daxili işçilərə, daxili işçilər mənə maildən yazır ki, xeyr etməmişik, qeydiyyat bitib. Mən təbii ki, çox əsəbləşirəm və kuratorum Leyla xanıma yazıram ki, niyə mən soruşmasam mənə heçnə deyilmir? Kurator da mənə bildirir ki, onlar sənə yalnış yazıblar, əslində demək istəyiblər ki, Padua 2-ci raund üçün Avropa tələbələrini götürür, Azərbaycandan qeydiyyat olmur. Ona görə etməyiblər. Mən isə dəfələrlə soruşuram ki, Leyla, yeganə şansım olan Paduanın birincini raunduna qeydiyyat etməyiblər, 2ci də belə. Nə oldu? elə heç kim Azərbaycandan Padua üçün qeydiyyat etməyib???
Mən onlardakı soyuqqanlılığı IELTS nəticəmi demək üçün görüşə getdiyim gün gördüm. Onlara maraqlı deyildi ki, mən 6.5 yığımışam və DP üçün uyğun olmadığıma görə, pulumu qaytarmalı idilər və davam etmək istəmirəm. Onlara bir şey maraqlı idi, o da sona qədər tələbəyə başqa variantlar təklif edib sonda onun qəbul olmadığı üçün vicdan əzabı çəkməmək: çünki bəhanə edirlər ki, “biz hər şeyi təklif etdik…” Yəni, bizdən çıxdı iş.
Bu proseslərdən sonra mən onlarla ciddi danışıram, hardasa, iyun-iyul aylarıdır və telefonla faktlara malik olduğumu və s. deyirəm. Kuratorum isə bu günə qədər Almaniyadan olan universitetlərə müraciətin qeyri mümkün olduğunu desə də, mənim ciddi danışıqlarımdan sonra və deadline qaçırıldığından sonra nədənsə, Almaniya təklifləri gəlir. Təklif etdi ki, Almaniyada sənə uyğun proqramlar var, onlara müraciət edək. Onu da qeyd edim ki, bura qədərki proseslərdə nə qədər mail hesabımı tələb etsəm də mənə açılmış hesabın şifrəsi ilə mənə təhvil verməyiblər. Başlarda, böyük vədlər verdiyi üçün tələb etmədim, amma daha sonra bir neçə dəfə istədim. Ən son proseslərdə də bunun düzgün olmadığını qeyd etdim, ancaq mənə bəhanə edərək dedilər ki, birdən tələbə girib nəyisə dəyişər ona görə vermirik. Sual meydana çıxır: Əgər tələbə özü istədiyi universitetlə bağlı qəbul alsa, nə üçün öz əli ilə özünü məhv etsin? Nəticədə mən qeyd etdim ki, “nə oldu? İndi variant yoxdur deyə, Almaniya işə düşdü?”
Mənə bildirdilər ki, guya, Almaniya bu ildən yeni müraciətlər açıb. Yəni, indilərdə açıb. Ona görə təklif etdik. Nəysə, Almaniyaya göndəriləcək müəyyən sənədlər üçün məndən 70 avro, təxmini 150 azn istədilər ki, müraciət pulludur. Daha sonra mən soruşuram ki, ayın neçəsi gəlir cavab- kurator mesaj yazır ki, maksimum avqustun 15-nə kimi cavablar gələcək. Bu mesajın yazılı sübutu da var. Və mən sentyabrda artıq heç bir cavab görmürəm və mail hesabımı istəyirəm, yenə vermirlər. Sonra sentyabrın ortalarında yenə ciddi mesajlara keçirəm, yazıram ki, prosesin üstünə düşün, bir şirkət kimi bu sizin borcunuzdur, yazırlar ki, Almaniyaya müraciət edəcəyik ki, cavabları tezləşdirsinlər. Amma etmirlər. Dəfələrlə soruşuram ki, “demişdiz edəcəyik, etdiz?” Mənə yenidən manipulyativ cavablar gəlir ki, biz də sənin kimi gözləyirik. Bu ərəfədə “Pilgrm”dan mənə zəng gəlir ki, təhvil-təslim aktı imzalamalısız ki, sizə məlumatlarınızı və mail hesabınızı təhvil verək. Bunu birinci Aisa xanım deyir, amma o qədər tezləşdirir ki, prosesləri, qeyd edir ki, bu axşama bitir artıq o imzanı. Daha sonra onların hüquq məsələlərinə baxan işçisi zənglə bunu mənə deyir və dialoq belədir:
— Aydan xanım, mən bunu Almaniya cavabları/proseslər bitəndə imzalasam olar?
— Olar, amma indi etməlisiz ki, sizin indidən yataqxana və digər məsələlər həll olsun və siz öndə olun digər tələbələrdən. (Halbuki mənim qəbulum gəlməyib, amma nədənsə yataqxanadan danışılır. Və Aydan xanım da Aisa xanım kimi bildirir:
— Mənim iş saatım 6-da bitir, tez imzalayın və bunu mənə göndərin.
—Axı, dediz proseslər bitsə, edə bilərsiz?
—Bəli, amma siz indidən imzalayın ki, mən vaxtında sənədinizə baxa bilim.
—Siz işdən çıxırsızsa, axşam və ya sabah Aisa xanıma göndərərəm, indi alınmayacaq.
—Aha, axşam göndərərsiz. Yox, sabah etməyin, çünki sabahdan mən məzuniyyətə çıxıram. Sabaha qədər çatdırın aktı. (Xanım artıq məzuniyyətə getmək yalanı danışır)
— Əgər mən imzalayası olsam, Aisa xanıma göndərərəm, narahat olmayın.
Bu danışıqdan 2-3 gün sonra həmin o məzuniyyətə gedən xanım, nədənsə, işlərlə maraqlanmağa başlayır və təzədən zəng edir ki, niyə imzalamamısız?
Deyirəm ki mən Aisa xanıma demişəm, düşünürəm. Aydan isə mənə bildirir ki, “Aisa xanım şirkətin rəhbəri deyil, o sizə çox söz verə bilər, amma bu şirkətdə qanunlar var”.

Daha sonra Aisa Aslanova mənə yenə mesaj yazır və zəng edir. Və nədənsə, təcili sürətdə o aktı imzalamığımı istəyirlər. Deyirəm ki, nə var axı onun içində və mənə Almaniyadan cavab lazımdı, hal-hazırda akt lazım deyil. Aisa xanım deyir ki, sən onu imzalamalısan ki, biz sənin proseslərini tamamlayaq və daha sonra izləyə bilək. Hətta, mənə minnətlə bildirir ki, sənin Almaniya universitetlərinə müraciətin şirkət hesabına olub. Əlavə paket almalı idin, amma şirkət hesabına etdik biz onu. Ona görə də imzala ki bitirək işi və aktı ona görə imzalayırsan ki, sabah biri gün səndən pul istəməsinlər, sübut olsun. Halbuki, müraciət pulunu özüm ödəmişəm, şirkət hesabından heç nə ödəməyib. Çox gülüncdür: deməli, mənə il boyunca 2-cə universitetdən təsdiq alıblar: İngiltərə 1il 30 min avro (ödənişli oxuya bilməyəcəyimi demişdim) + proseslərdə problemlər var + hələki mənimlə iş bitməyib, yəni davam edir +məni söz verdikləri ölkəyə qəbul etdirməyib Almaniya üçün cavab gözləmələrinə baxmayaraq, hələ mənə də minnət edirlər ki, biz Almaniyaya şirkətin hesabı ilə müraciət etmişik. Almaniya application fee mən ödəmişəmsə və məni heç yerə qəbul elətdirmədiyiniz üçün mənə Almaniyanı təklif edən sizsinizsə, onda niyə mənə minnət qoyulur və hələ akt imzaladılır?! Heç yerdən qəbul almadığım üçün Almaniyanı mənə əlavə variant kimi siz təklif etmisiz və şirkət öz hesabından heçnə etməyib. Nəticədə, sizə o Aktın içərisində olan məlumatlardan danışım: Təhvil-təslim adlandırdıqları o aktda qeyd olunur ki, siz “Pilgrm”dakı bütün proseslərdən razısız, şirkətin bütün işləri qüsursuz gördüyünə dair təsdiqləmə edirsiz, hər şeylə razılaşırsız və prosesi bir növ sonlandırıb təhvil verirsiz. Yəni, bir növ sizin özünüzə öz əlinizlə yalan sözlərə imza atmağınızı istəyirlər. Və hər maddəsində də “Pilgrm”ın bütün işləri uğurla tamamladığı və bütün hər şeyi yerinə yetirdiyi yazılıb. Mən aktı oxuduqdan sonra əmin oldum ki, onlarla nə danışsam boşdur və indiyə qədər etdiyim bütün əziyyətlər və danışıqlar hər biri boşa gedib. Çünki onlarla nə qədər danışsam da yenə öz bildiyini edib mənə öz əlimlə təsdiq məktubu imzalatmaq istəyirlər ki, sabahkı gün şikayət və ya hər hansı bir məsələdə qeyd etsinlər ki, tələbə özü hər şeylə qane olub və bizim işimizi yerinə yetirdiyimizi təsdiqləyib.
Daha sonra Aisa xanım yenidən mənimlə danışıb gələn il və ya yanvar müraciətləri ilə bağlı mənimlə danışdı. Və geri qaytarılma üzrə məbləğin 20-cə faizi ilə bağlı mənə söz verdi. O da hələ müraciətlər bitdikdən sonra. Və mənim müraciətləri dayandırmaq və artıq 20 faiz ödənişi belə, əldə etmək kimi haqqım da yox imiş, onların dediyinə görə. Həmçinin məni neqativ/mənfi olmağımla bağlı günahlandıraraq, bütün olanların onların səhvi imiş kimi deyil, sanki mənim neqativ enerjimə görə olmadı deyə, hələ bir məni günahlandırır ki, “neqativ danışırsane, ona görə belə olur”.
Son olaraq bir məsələni də qeyd edim ki, mənə gələn 2-cə universitetdən illiyi 30 min avro təşkil edən təsdiq sənədləri öz ixtisasım olan Psixologiya deyil, “Public Health” üzrə gəlmişdir. Onlar ilk danışıb razılşadığımız anda mənə “Public health”, yəni İctimai Səhiyyənin içərisində psixologiyaya dair dərslər olduğu üçün gəlib Azərbaycanda psixoloq kimi fəaliyyət göstərə biləcəyimi iddia ediblər. Ancaq il boyunca bu absurd fikri kimdən soruşub öyrəndimsə, bütün mütəxəssislər fırıldaqçılığa uğradığımı, və İctimai səhiyyənin mənimlə heç əlaqəsi olmadığını, həmçinin bu sahənin yalnız səhiyyə sahəsi ilə əlaqəsi olduğunu bildirdilər. Orta hissələrdə onlara bununla bağlı fikrimi də bildirdim. Kuratoruma dedim ki, İctimai səhiyyədən başqa mənim ixtisasım olan universitet yoxdur heç? Çünki o mənə uyğun deyil. O isə mənə borclu çıxarırmış kimi “orda sənə məlumat verildi, sən özün seçdin, biz elə şey deməmişik kimi” sözlər dedi. Yəni, onlar manipulyasiya edib müqaviləni imzaladırlar və sonra boyunlarından atırlar ki, sən özün elədin: yəni etməyəydində…
Ən pisi isə budur ki, yüksək nəticələri olan tələbələr onsuz da yüksək təhsil arzusundadırlar və bu kimi şirkətlər onlardan sui-istifadə edərək öz müqavilələrini və özünəməxsus yaratdıqları qanunlarını bizə göstərərək əslində isə ədalətə uyğun olmayan qanunlar ərsəyə gətirirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...