Ərdoğan: ABŞ səfərimiz son dərəcə uğurlu keçdi

Ərdoğan: ABŞ səfərimiz son dərəcə uğurlu keçdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin son dərəcə uğurlu keçdiyini bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan bu haqda Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində danışıb.

Prezident vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın prezidentliyinin birinci dövründə müəyyən etdikləri 100 milyard dollarlıq ticarət hədəfinə çatmaq üçün atılacaq addımlar müzakirə olunub.

O əlavə edib ki, Donald Trampla əldə etdikləri razılaşmaların müsbət nəticələri qarşıdakı illərdə özünü göstərəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...