Ramzan Kadırov: "Kişilər, arvadlarınızı WhatsApp-dan yığışdırın!"

Ramzan Kadırov: "Kişilər, arvadlarınızı WhatsApp-dan yığışdırın!"

Çeçenistan prezidenti Ramzan Kadırov çeçen kişilərinə çağırış edib. İKT.lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, prezident Çeçenistan vətəndaşlarına, xüsusilə də gənclərə ən çox istifadə edilən tətbiqlərdən biri olan Whatsapp-dan uzaq durmağı məsləhət görüb.

O, ötən günlərdə mübahisəli nikah mərasimi haqqında məlumatın məhz “WhatsApp” vasitəsilə yayıldığını vurğulayaraq, kişiləri həyat yoldaşlarını bu tətbiqdən uzaq saxlamağa səsləyib. “Dayanın! Özünüzü əsl çeçen kimi aparın. Ailə qüruru vacib bir amildir. Belə şeyləri yayıb paylaşmayın. Kişilər, arvadlarınızı WhatsApp-dan yığışdırın”, - deyə R.Kadırov bildirib.

Bu, son iki ayda R.Kadırovun WhatsApp əleyhinə ikinci bəyanatıdır.

Qeyd edək ki, R.Kadırov bir müddət əvvəl Rusiya qanunlarına zidd olaraq əvvəllər evli olan polis rəisinin 17 yaşlı qızla evlənməsini dəstəkləmişdi. Şənbə günü 47 yaşlı polis rəisi Najud Quçiqovla evləndiyi deyilən 17 yaşlı Luiza (Xeda) Qoylabiyevanı evdən qovmasına dair xəbər dolaşmağa başlayıb. Ramzan Kadırov isə özünün şəxsi "İnstagram" hesabından cütlüyün fotosunu belə bir postla paylaşıb: "Qızın ailəsi bu evliliyə razılıq verib".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...