Tanınmış telejurnalist AzTV-dən çıxarıldı

Tanınmış telejurnalist AzTV-dən çıxarıldı

2001-2006-cı illərdə “Space” müstəqil teleradio şirkətinin prezidenti olan Etibar Babayev AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən uzaqlaşdırılıb. Bu haqda AzNews.az-a AzTV-dən məlumat verilib.
Xəbərə görə, həmin vəzifəyə mayın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə AzTV-nin sədr müavini vəzifəsindən çıxarılan Faiq Hüsiyev təyin edilib. Qeyd edək ki, mayın 5-də işdən çıxarılan AzTV sədrinin radio üzrə keçmiş müavini Cavanşir Cahangirovun da yenidən AzTV-yə hansısa vəzifəyə qayıdacağı gözlənilir. Ancaq bu informasiya hələ öz təsdiqini tapmayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...