“Onlar ölüm hökmünə layiqdir“

“Onlar ölüm hökmünə layiqdir“

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda yanmış binanın sakinləri ilə görüş keçirib

Görülən işlər barədə məlumat verən Hacıbala Abutalıbov bildirib ki, Azərbaycan prezidentinin sərəncamı var, yanan binanın təmiri çox yüksək səviyyədə aparılacaq.

"Prokurorluq var, polis var, gedin şikayət edin. Bütün günahkarlar, yanğının baş verməsinə səbəb olanlar ən ciddi şəkildə cəzalandırılacaq. Hətta mən deyərdim ki, onlar ölüm hökmünə layiqdir" -deyən H.Abutalıbov qeyd edib ki, yanan binanın sakinlərinin kirayə haqqı nə qədər olursa-olsun dövlət tərəfindən ödəniləcək: "Siz sənəd gətirin, nə qədər olursa-olsun ödəniləcək. Biz kirayə haqqının aşağı-yuxarı olmasına baxmayacağıq".

BŞİH başçısının sözlərinə görə, Bakıda yanğına həssas üzlüklə üzlənmiş 140-dək bina var və həmin bunların hamısının üzlüyü söküləcək.

Görüşdə bina sakinləri də öz fikirlərini bildirib. H.Abutalıbov isə bütün problemlərin, qaldırılan məsəılələrin tezliklə həll olunacağını diqqətə çatdırıb. O, vətəndaşları qanunu qaydada prokurorluq orqanlarına müraciət etməyə çağırıb.

H.Abutalıbov əlavə edib ki, ASAN xidmət sakinlərin sənədlərinin tezliklə qaydaya salınmasına lazımi köməklik göstərəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...