"Alabala..." mübahisəsinin səbəbkarı danışdı

"Alabala..." mübahisəsinin səbəbkarı danışdı

Baş nazirin müavini Abid Şərifovun son günlər məşhurlaşan "Alabala" söhbətinin "gizli qəhrəmanı", a24.az saytının əməkdaşı Amid İsbəndərov ilk dəfə sözügedən məsələ barədə danışıb. Həmkarımız Ölkə.Az-a açıqlamasında bunları deyib:

"Bir neçə ildir jurnalistikadayam. Düzdür, Binəqədi rayonu ərazisindəki çoxmərtəbəli binada baş verən faciə qədər dəhşətlisini görməmişdim. Açığını deyim ki, bu hadisə hər bir Azərbaycan vətəndaşı kimi məni və ailəmi də sarsıtdı. Allahdan bütün ölənlərə rəhmət, yerdə qalanlara isə səbr diləyirəm. O ki qaldı Abid müəllimin "Alabala söhbəti"nə, əksər redaksiyalarda olduğu kimi, mən də öz iş yerimdən hadisə yerinə ezam olunmuşdum. Demək olar ki, yanğın baş verdiyi gündən, indiyədək orada baş verən hadisələrin canlı şahidlərindən biriyəm. Ora gələn hər bir azərbaycanlının üzündə kədər görməmək mümkün idi.

Təbii ki, bunu ora gələn məmurlarımızın üzündən də sezmək olurdu. Simalarında bu faciənin sarsıntısını, həyacanı görünürdü.

Bəzən belə vəziyyətlər olur. Ola bilər ki, gərginlikdən Abid müəllimin əsəbləri dözməyib sözügedən ifadələri işlətdi. Fikir verdinizsə, orada mən növbəti sualı vermədim. Yəni istəmədim bu məsələ söz mübahisəsinə çevrilsin. Bir sözlə bu məsələ haqda çox yazıldı, çox danışıldı. Amma sualı verəndə məqsədim bu deyildi. Hər halda bütün fikirlərə hörmətlə yanaşıram. İndi elə bir məqamdır ki, hər kəsin əsəbləri yerində olmaya bilər. Bu da təbii ki, başadüşüləndir. Şükürlər olsun ki, ölkə başçısının rəhbərliyi ilə yanğın zamanı zamanı xəsarət alan, yaxınlarını, evini, əmlakını itirən şəxslərə dövlət tərəfindən bütün yardımlar olunur. Məndə bir jurnalist kimi bu hadisə barədə ictimayyəti obyektiv şəkildə məlumatlandırmağa davam edəcəyəmm".

Qeyd edək ki, prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri olan Abid Şərifov yanan binanın gələcək taleyi ilə bağlı sualları cavablandırarkən səsləndirdiyi ifadələr son iki gündə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xatırladaq ki, Şərifov jurnalist Amid İsbəndərovun “Tikinti işlərini hansı şirkət həyata keçirəcək" sualına belə cavab vermişdi: “Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, finalkəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun “pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...