28 may bayramında əfv olacaqmı?

28 may bayramında əfv olacaqmı?

Azərbaycanda 28 May - Respublika günü ərəfəsində böyük əfv fərmanının imzalanacağı gözlənilir. Bununla əlaqədar Əfv Komissiyasının bir neçə dəfə toplandığı deyilir.

Əfv Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı AzNews.az açıqlamasında bildirib ki, bununla bağlı konkret fikir demək çətindir: “Əfv komissiyasının toplanması afvin olacağı demək deyil. Vətəndaşların il boyu əfv üçün ərizə və müraciətləri daxil olur və mənim də üzv olduğum komissiya bu müraciətləri müzakirə etmək üçün vaxtaşırı iclaslar keçiririk”.

M.İbrahimqızının sözlərinə görə, afvin imzalanmasında komissiyanın demək olar ki heç bir rolu yoxdur: “Əfv Fərmanı prezidentin səlahiyyətindədir. O məsələlərə biz qarışmırıq. Bizim ixtiyarımız yoxdur”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...