Vərəm dispanserində xəstələr arasında dava - ölənlər var Bakıda şok olay

Vərəm dispanserində xəstələr arasında dava - ölənlər var

Azərbaycan paytaxtında qətl törədilib. APA-nın məlumatına görə, hadisə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 7 saylı vərəm dispanserində qeydə alınıb. Orada müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V. Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E. İsmayılov isə ağır xəsarət alıb. Hadisəni törədən Ə. İsmayılov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...