Hacı İbrahim həbs edilib yoxsa yox? Yenə açıqlama yayıldı - "həbs edilməyib"

Hacı İbrahim həbs edilib yoxsa yox?

“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta” konsernin rəhbəri Hacı İbrahim Nehrəmli həbs edilməyib.

Bu bardədə AzVision.az -a biznesmenin sahibi olduğu “Avesta” şirkətindən bildirilib.

Şirkətin qeydiyyat şöbəsindən verilən məlumata görə, biznesmen hazırda iş başındadır: “ Biz onu bu gün görmüşük. Hazırda o, işçilərini başına toplayıb təcili iclas keçirir”. Şirkətdən o da bildirilib ki, iclas “Avesta” şirkətində keçirilmir: “İclas başqa bir yerdə keçirilir. Yerini isə deyə bimərik”. İş adamının həbsinə gəlincə, bildirilib ki, o, sadəcə olaraq ifadə verib, amma həbs edilməyib”. Qeyd edək ki, ötən gün Hacı İbrahimin həyata keçirdiyi “Khazar İslands” layihəsinin rəhbəri Qurban Əhmədov mətbauta açıqlamasında məşhur biznesmenin 12 gündür ki, həbsdə olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycanda kredit borcu olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri dindiriləndən sonra buraxılsa da, bəzirləri barəsində həbs-qətimkan tədbiri seçilib. Həbs olunanlar arasında “GlobusPlaza”nın sahibi, eks-deputat Dünyamin Xəlilov, “İnterGlass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov və başqaları var.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...