İşçi Qrupundan əfvlə bağlı açıqlama "Mümkündür ki, bayramlarda əfv olsun"

İşçi Qrupundan əfvlə bağlı açıqlama

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu əfvlə bağlı öz tövsiyələrini Əfv Komissiyasına təqdim edib. Bu barədə Trend-ə İşçi Qrupun üzvü Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, müxtəlif səbəblərlə, yəni xəstəliklə bağlı, məhbusların cəzasının əhəmiyyətli hissəsini çəkməsi ilə bağlı təkliflərimiz var: “Onların içərisində ictimai fəaliyyəti olan adamlar da, adi vətəndaşlar da var. Təqdim etmişik və onların hamısı Əfv Komissiyasına istiqamətlənib. Sonrakı iş də Əfv Komissiyasına məxsusdur. Onlar da işləyir. 28 may Respublika günü, o cümlədən qarşıda Qurtuluş Günü var. Mümkündür ki, bu ərəfədə hansısa bir şey ola bilər. Amma hər hansı bir məlumatm yoxdur və proqnoz verməkdə çətinlik çəkirəm”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...