Aİ Suriyaya qarşı sanksiyaları dayandırıb

Aİ Suriyaya qarşı sanksiyaları dayandırıb
Aİ Şurası bazar ertəsi Suriyaya qarşı iqtisadiyyatının əsas sektorlarında məhdudlaşdırıcı tədbirlərin dayandırılması barədə qərarını açıqlayıb.

"Şura bu gün Suriyadakı vəziyyətlə əlaqədar bir sıra məhdudlaşdırıcı tədbirlərin dayandırılması barədə qərar qəbul edib. Bu qərar Avropa İttifaqının Suriyada inklüziv siyasi keçidi və onun sürətli iqtisadi bərpası, yenidən qurulması və sabitləşməsini dəstəkləmək səylərinin bir hissəsidir", - Aİ Şurasının kommünikesində deyilir.

"GUNDEMİNFO" -nun xəbərinə görə sənəddə deyilir ki, “Aİ Suriya, onun xalqı və biznesləri ilə enerji və nəqliyyatın əsas sahələrində əlaqəni asanlaşdırmağa, həmçinin bu sektorlarla, humanitar və yenidənqurma məqsədləri üçün lazım olan maliyyə və bank əməliyyatlarını asanlaşdırmağa çalışır”.

Xüsusilə, Şura enerji, o cümlədən neft, qaz və elektrik enerjisi və nəqliyyat sektorlarında sektoral tədbirlərin dayandırılması barədə qərar qəbul edib. “Vəsaitlərin və iqtisadi resursların dondurulmasını” nəzərdə tutan sanksiya siyahısından beş təşkilat çıxarılıb: Sənaye Bankı, Xalq Kredit Bankı, Əmanət Bankı, Kənd Təsərrüfatı Kooperativ Bankı və Suriya Ərəb Hava Yolları. Suriya Mərkəzi Bankına vəsait və iqtisadi resursların verilməsinə icazə verilir.

Aİ Şurasının Qərarında Suriya bankları və maliyyə institutları arasında Aİ-yə üzv dövlətlərin ərazilərində bank əlaqələrinin qurulmasına qadağa qoyulması, enerji və nəqliyyat sektorları ilə bağlı əməliyyatlara, habelə humanitar və yenidənqurma məqsədləri üçün zəruri olan əməliyyatlara icazə verilməsinə müəyyən istisnalar təqdim edilir.

"Bugünkü qərardan sonra şura öz işini davam etdirəcək və digər iqtisadi sanksiyaların dayandırıla biləcəyini qiymətləndirəcək. O, həmçinin bu cür dayandırmaların məqsədəuyğun qalmasını təmin etmək üçün ölkədəki vəziyyəti diqqətlə izləməyə davam edəcək", - məlumatda deyilir.

Qeyd olunur ki, eyni zamanda Aİ Şurası Bəşər Əsəd rejimi, kimyəvi silahlar və qanunsuz narkotik ticarəti ilə bağlı sanksiya siyahılarını saxlayır, silah, ikili təyinatlı mallar, daxili repressiya üçün avadanlıq, ələ keçirmə və müşahidə proqramları, Suriya mədəni irsi əşyalarının idxalı və ixracına qarşı tədbirlərə qarşı tədbirləri davam etdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...