Lerikin icra başçısının da villası söküldü Rövşən Bağırov də yoxa çıxanlar arasındadır

Lerikin icra başçısının da villası söküldü

Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının iclasında Prezident İlham Əliyevin Səbaildəki "Dostluq" parkının məmurlar tərəfindən zəbt olunması haqda xəbərdarlığı öz bəhrəsini verməyə başlayıb.

Xatırladaq ki, prezident həmin iclasda demişdi ki, bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə mərhum Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər:

"Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, "Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz "Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər - ilk növbədə onlar nümunə olmalıdırlar"

Azfakt.com xəbər verir ki, Səbail rayonu “Dostluq” parkı ərazisinin bir hissəsində qanunsuz tikilən və dövlət başçısının göstərişi ilə sökülən villalardan biri Lerik rayon icra başçısı Rövşən Bağırov məxsus olub. İcra başçısı həmin villanın tikintisi üçün 2 milyon dollara yaxın xərc çəkdiyi bildirilir. Rövşən Bağırovun villası 16 sot torpağın içində tikilib.

Qeyd edək Rövşən Bağırov uzun illər Səbail rayonu ƏSSM-də baş mühasib işləyib. Ona məxsus olan "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisi də bu rayondadır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...