Tarixçi alimdən Zəlimxan Məmmədliyə sərt cavab

Tarixçi alimdən Zəlimxan Məmmədliyə

Kərəm Məmmədli: “Nə vaxta qədər sözbazlıqla məşğul olub, “Borçalı” adını bədnam edəcəksiniz?!”

Bu gün “Borçalı” Cəmiyyəti özünün növbəti konfransını, daha dəqiq desək, “qurultay səlahiyyətli konfrans”ını keçirir.
Muxalifet.az xəbər verir ki, cəmiyyət ilk öncə öz konfransını Rəşid Behbudov adına Mahnı Teatrının zalında keçirəcəyini bəyan etmişdi. Lakin sonradan, bəlli olmayan səbəblərdən, tədbirin “Borçalı” Cəmiyyətinin sığındığı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilməsi qərara alınıb.

Yeri gəlmişkən, cəmiyyətin “qurultay səlahiyyətli konfrans”ının yerini dəyişməsi ilə bağlı borçalılar arasında müəyyən söz-söhbətlər dolaşır. Bəziləri idda edir ki, hakimiyyət tərəfindən Mahnı Teatrında konfransın keçirilıməsinə razılıq verilməyib. Müəyyən kəsim isə bi fikirdədir ki, sözügedən zal böyük olduğundan cəmiyyətin rəhbərliyi orada tədbir keçirilməsini məqbul hesab etməyib: “Çünki borçalıların böyük əksəriyyəti bu toplantıya qatılmaqdan imtina edib. Bu baxımdan, Zəlimxan Məmmədli (cəmiyyətin sədri – red.) öz qohum-əqrəbasını toplayaraq, 50-60 nəfərin iştirakı ilə “Borçalı” Cəmiyyətinin yerləşdiyi VHP-nin akt zalında konfrans keçirməyi qərara alıb”.

Qeyd edək ki, Borçalının nüfuzlu ziyalıları, son illər olduğu kimi, bu dəfə də cəmiyyətin konfransında iştirakdan imtina edib. Onlar cəmiyyətin sədri Z.Məmmədlini “Borçalı” adını alver predmetinə çevirməkdə ittiham edirlər. Əldə etdiyimiz məlumata əsasən, bu dəfə bəzi ziyalılar konfransa dəvət olunarkən istər Zəlimxan Məmmədliyə, istər də onun bəzi “sözçülərinə” çox kəskin cavablar veriblər. Bunlardan biri kimi, Borçalının üzdə olan ziyalılarından olan, tarixçi alim Kərəm Məmmədlinin cavabını misal göstərə bilərik. Əldə etdiyimiz məlumata görə, təqdbirə “qonaq” qismində dəvət olunan K.Məmmədli qarşı tərəfə bildirib:
“Borçalıda doğulub, iynə ilə gor qazan kimi, ömrünü Borçalı tarixinin öyrənilməsinə həsr edən adam, bir para işbazların əlində qazanc vasitəsinə çevrilmiş bir “cəmiyyət”ə qonaq qismində dəvət olunursa, mən elə cəmiyyəti tanımıram”.
Başqa bir şəxs tərəfindən eyni tədbirə israrla dəvət olunmasına isə Kərəm Məmmədli belə cavab verib:
“Nə vaxta qədər sözbazlıqla məşğul olub, “Borçalı” adını bədnam edəcəksiniz?! Ayıb deyil? “Qurultay səlahiyyətli konfrans” nəymiş?”


P.S. Əldə etdiyimiz məlumata görə, Zəlimxan Məmmədli “Borçalı” Cəmiyyətini “özününküləşdirmək” üçün bu dəfə də cəmiyyətin təsisçilərini toplantıya dəvət etməyib. Daha dəqiq desək, ciddi-cəhdlə konfrans barədə onların məlumat əldə etməməsinə çalışıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
555 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...