Mübariz Mənsimov insidentlə üz-üzə

Mübariz Mənsimov insidentlə üz-üzə

Azərbaycanlı oliqarx, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov daha bir xoşagəlməz insidentlə qarşılaşıb.

Virtualaz.org saytı xəbər verir ki, bu dəqiqələrdə Ukrayna mənbələri oliqarxın gəmilərindən birinin Odessa yaxınlığındakı İzmail limanında saxlanıldığı haqda məlumat yayıb. Gəmiçilik tematikası üzrə ixtisaslaşmış BSnews portalının redaktoru Andrey Klimenkonun Facebook səhifəsində yerləşdirilən məlumata əsasən az əvvəl “Palmali” şirkətinə məxsus tankerlərdən biri İzmaildə saxlanılıb. Səbəb tankerin bundan əvvəl Ukrayna tərəfinin icazəsi olmadan Rusiyanın ilhaq etdiyi Krım yarımadasına yan alması və Sevastapol, yaxud Feodosiya limanından yük götürməsidir.

“Bizim kəşfiyyat xəbər verir ki, Türkiyənin “Palmali” şirkətlər qrupunun tankerlərindən biri ilə bağlı ciddi xoşagəlməz situasiya yaranıb. Tanker bundan əvvəl AİS ötürücüsünü söndürərək Sevastopol, ola bilsin Feodosiya limanına daxil olub”- deyə Klimenko yazıb.

Tankerin saxlanılması haqda hələlik rəsmi məlumat yoxdur. Qeyd edək ki, bundan əvvəl Ukrayna hakimiyyəti “Palmali” şirkətinə məxsus “Dahi Byulbyul” tankerini Krıma yan aldığı üçün saxlamışdı.

BSNews portalının araşdırmasına görə, ötən ildən bəri “Palmali”nin tankerləri dəfələrlə Krım limanlarına yan alıblar. Bu günlərdə virtualaz.org saytı “Palmali”nin Krıma yan alan tankerlərinin siyahısını dərc etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...