İlqar Məmmədov türmədən Zakir Qaralova müraciət etdi

İlqar Məmmədov türmədən Zakir Qaralova müraciət etdi

Hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədov baş prokuror Zakir Qaralova məktub göndərib.

"Turan" bildirir ki, REAL lideri məktubunda bəzi hakimlərə qarşı cinayət işi qaldırılmasını tələb edib: “Cinayət-Prosessual Məcəllənin 204-cü maddəsinə uyğun olaraq, yazılı şəkildə Sizi, yəni Baş prokuroru, məlumatlandırıram ki, Nəsimi Rayon Məhkəməsinin 4 fevral, 12 və 14 mart, 8 aprel, 15 may və 14 avqust 2013-cü il, Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 8 fevral, 19 və 27 mart, 15 aprel, 27 may və 20 avqust 2013-cü il tarixli qərarlarını çıxarmaqla hakimlər mənə qarşı cinayət törədib. Həmin hakimlər barəsində cinayət təqibinin həyata keçirilməsi üçün Məhkəmə-Hüquq Şurasına təqdimat vermənizi cinayətə məruz qalmış bir vətəndaş olaraq Sizdən istəyirəm”.

Xatırladaq ki, REAL Hərəkatının lideri İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs edilib. Məhkəmə 2014-cü il martın 17-də Məmmədovu kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə təqsirli bilərək 7 il azadlıqdan məhrum edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...