İmişli "Aqroservis" filialının müdiri nədən hələ də istintaq təcridxanasına qaytarılmayıb?

İmişli "Aqroservis" filialının müdiri nədən hələ də istintaq təcridxanasına qaytarılmayıb?

İmişli rayon "Aqroservis" filialının müdiri nədən hələ də istintaq təcridxanasına qaytarılmayıb?

Bildiyiniz kimi, bir müddət əvvəl Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin İmişli rayon "Aqroservis" filialının müdiri Razi Sərdar oğlu Talıbzadə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq, ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılaraq barəsində həbs-qətiimkan tədbiri seçilib.

Cəmiyyətin İmişli rayon filialının müdiri Razi Talıbzadənin, ASC tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması üçün təhvil verilmiş və filialın anbarında saxlanılan 835,5 min manat dəyərində 9569 ton müxtəlif növ mineral gübrə və pestisidləri 2009-2013-cü illərdə ayrı-ayrı şəxslərə satmaqla ona etibar edilmiş külli miqdarda özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəməsində şübhələr üçün əsaslar olduğundan onun cinayət əməli araşdırılaraq hüquqi qiymət verilməsi üçün cinayət işi yekunlaşaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərildi. Lakin nədənsə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılan həmin cinayət işinin Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən səthi aparılması müşahidə olunmaqdadır. Sanki iş icraatında olan hakim təqsirləndirilən şəxslə hansısa "sövdələşmə"yə getməsi, yaxud gedəcəyi rəyini yaradır…

Bu arada, onu da qeyd edək ki, Razi Talıbzadə artıq 2 aya yaxın vaxtdır ki, Lənkəran rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasında (MST) saxlanılır. Əldə etdiyimiz bilgilərə görə, MST-də onun üçün hər bir şərait yaradılıb. İmişli rayon "Aqroservis" filialının müdirinin növbəti məhkəmə prosesinə kimi digər təqsirləndilirən şəxslərlə bərabər istintaq təcridxanasına qaytarılmaması isə ciddi şübhələr ortaya qoyur. Razi Talıbzadənin bu gün MST-də mobil telefonla "watsap"dan istifadə etməsi isə onun orada saxlanılmasının arxasında "Aqrolizinq"dəki mənimsəmələrinin dayandığını deməyə əsas verir…

P.S. Növbəti sayımızda Razi Talıbzadənin kimlər tərəfindən müdafiə olunduğuna və onun niyə Lənkəran Müvəqqəti Saxlanma Təcridxanasında saxlanmasına aydınlıq gətirəcəyik.

P.P.S. Axşam saatlarında eşitdik ki, Razi Talıbzadə həbsdən buraxılması üçün onu tutanlara 80000 dəfə sağol deyib. Deyəsən onlar da onu buraxılıblar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...