Gəncədə qeyri-rəsmi fövqəladə vəziyyət

Gəncədə qeyri-rəsmi fövqəladə vəziyyət

Ötən gün axşam saatlarında Gəncə şəhərində güclü küləklə müşayiət olunan leysan yağıb. ANS PRESS-in verdiyi məlumata görə, axşam saat 20 radələrindən başlayaraq külək daha da şiddətlənib. Güclü külək bir neçə ağacı aşırıb.
Qeyri-sabit hava nəticəsində şəhərə elektrik enerjisinin verilməsində də problemlər yaranıb. Belə ki, elektrik paylayan xətlərin birində qırılma baş verib.

Nəticədə Gəncənin bəzi əraziləri işıqsız qalıb.Şəhər işıq idarəsindən bildirilib ki, problem artıq aradan qaldırılıb.

Leysan şəhərin küçə və prospektlərində avtomobillərin hərəkətini çətinləşdirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
339 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...