Dilqəm və Şahbazın ən son görüntüləri - VİDEO

Dilqəm və Şahbazın ən son görüntüləri -

2014-cü ilin yayında Dağlıq Qarabağda girov götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin `apellyasiya` şikayətinə baxılıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, `məhkəmə` Kəlbəcər girovlarının şikayəti təmin etməyib. Belə ki, qondarma “Dağlıq Qarabağ Ali Məhkəməsi” ömürlük həbs cəzası alan Dilqəm Əsgərov və 22 il müddətinə azadlıqdan məhrum edilən Şahbaz Quliyev haqqında çıxarılan “hökmü” qüvvədə saxlayıb. Dilqəm Əsgərovun “vəkili” Erik Beqlaryan isə müdafiə etdiyi şəxsin əfv olunması üçün “Dağlıq Qarabağın prezidenti” Bako Saakyana müraciət edə biləcəyini deyib.
AzVision.az Azərbaycan vətəndaşları üzərində qondarma “Dağlıq Qarabağ Ali məhkəməsi”nidə çəkilən kadrları təqdim edir:

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...