Elçibəyin qardaşına qarşı dələduzluq edən iş adamı – Sərbəst buraxıldı

Elçibəyin qardaşına qarşı dələduzluq edən iş adamı –

Eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevi aldadaraq pulunu mənimsəyən iş adamı Ələkbər Hüseynov azadlığa buraxılıb. AzNews.az-a daxil olan məlumata görə, bu gün mayın 20-də Yasamal polisi tərəfindən saxlanılan Ə.Hüseynovun appelyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov iş adamı Ələkbər Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında təqdimatı rədd edərək, onu sərbəxt buraxıb.

Zərəçəkmiş Müzəffər Məmmədlinin hüqularını müdafiə edən hüquşünas Səməd Vəkilov AzNews.az-a açıqlamasında bildirib ki, Ələkbər Hüseynovu himayə edən şəxslər onu məsuliyyətdən yayındırmağa çalışırlar: “Lakin bu mümkün olmayacaq. Həmçinin hər iki hakimin barəsində Məhkəmə Hüquq Şurasına müraciət ediləcək”.

Qeyd edək ki, iş adamı Ə.Hüseynov Bakıda hündür mərtəbəli bina inşa edən sahibkarlardan biridir. O, mərhum prezident Heydər Əliyev tərəfindən Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevə hədiyyə edilmiş torpaq sahəsini Müzəffər Məmmədlinin (Almurad Əliyevin qohumu) etibarından sui-istifadə edərək alıb və ona vəd edilmiş əmlakları bir neçə adama satıb. Barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanan Ələkbər Hüseynov bir müddət istintaqdan yayınmağa nail olsa da, mayın 20-də Yasamal Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Yasamal Rayon Məhkəməsinin hakimi İlahə Abbasova prokurorluğun Ələkbər Hüseynov barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimatını rədd edərək, mayın 22-də onu azadlığa buraxıb. Lakin Yasamal Rayon Prokurorluğu tərəfindən İlahə Abbasovanın qərarı əsassız hesab edilib və ləğv edilməsi ilə bağlı protest verilib. Lakin bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov Ə.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Yasamal Rayon Prokurorluğunun təqdimatını rədd edərək iş adamını azadlığa buraxıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
229 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...