"İlhamə məşəli daşıyacaq, amma qaça-qaça yox..."- Azad Rəhimov

"İlhamə məşəli daşıyacaq, amma qaça-qaça yox..."-

“Çox təəccüblənirəm ki, niyə xalq artisti İlhamə ətrafında müzakirələr aparılır?! İlhamə xanım çox sevimli müğənnidir. O, 150 məşəl daşıyandan biridir. Qaça bilməsə də, hərəkət edəcək. Məşəli 10-20-30 m daşıya bilər. Mən şəxsən buna çox şadam”.

Bunu jurnalistlərə açıqlamasında “Bakı 2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözlərinə görə, Avropa Oyunlarının məşəlini daşıyanlar arasında müxtəlif sahələrdən olan tanınmış şəxslər var: “Məşəli sırf idmançıların daşıması barədə ideyamız yox idi. Biz rayonlara müraciət etdik. Oradan tanınmış, ictimaiyyəti əhatə edən insanların adları təqdim olunub.

Siyahılarda təkcə idmançılar yox, digər ictimai şəxslərin də adları var. Onlar Azərbaycanı dünyaya tanıtdıran insanlardır. Xalq artisti Əlibaba Məmmədov isə dedi ki, məşəli daşımaq çox çətindir. O, səhhətinə görə bu prosesdə iştirak edə bilmir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...