Anar Nağılbaz üzə çıxıb danışdı "Mən istirahətdəyəm"

Anar Nağılbaz üzə çıxıb danışdı

"Mən müalicə və istirahətdəyəm, heç kimə məlumat verməyə həvəsim-halım yoxdur. Məni yaxından tanıyanlar bilir vəziyyətimi, bəsimdir. Çex televiziyasında qaçqınlar haqqında çəkəcəyim veriliş barədə müsahibə verərkən kadrda yer almışam. Babalı yozanların boynuna! Fikir versəniz, verilişdə də 1-2 bənd sadəcə rep deyirəm. O da dostların xahişi ilə".

Bu açıqlamanı Çexiyada siyasi sığınacaq istəməsi xəbərləri yayılan məşhur repçi Anar Nağılbaz verib.

Dünən mətbuatda Azərbaycan repinin atası kimi tanınan Anar Nağılbazın ölkəni tərk etdiyi, Çexiyada siyasi sığınacaq istəməsilə bağlı xəbərlər yayılmışdı. Məşhur repçinin Çex televiziyasına müsahibə verərkən görüntüləndiyi video da paylaşılmış, hazırda onun qaçqınların müvəqqəti saxlanma mərkəzində olduğu yazılmışdı.

Xatırladaq ki, Anar Nağılbaz sabiq millət vəkili Rizvan Cəbiyevin oğludur. Ailəlidir, iki övladı var.

1974-cü il, mart ayının 28-də Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb və 1990-cı ildə ilk dəfə Yaltada "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. Anar Cəbiyev 2 iyul, 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub (ANS PRESS).


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...