AAAF Park-da tezalışan üzlüklər vurulub?

AAAF Park şirkətinin inşa etdiyi binaların əksəriyyətinə tezalışan üzlüklər vurubmuş
Ötən ayın 19-da Binəqədi qəsəbəsində baş verən dəhşətli yanğından sonra paytaxtdakı 263 binanın üzlüyü sökülərək, yenisi ilə əvəzlənməyə başlayıb.
16 nəfərin ölümü, 63 nəfərin yaralanması ilə müşahidə olunan dəhşətli yanğından sonra başlayan proses bəzi əyalət rayonlarını də əhatə edib. Amma görünən odur ki, tezalışan üzlüklə bəzədilmiş binaların heç də hamısı söüklməyəcək. Daha doğrusu, Bakının düz qulağının dibində olan Xırdalanda bu məsələyə ümumiyyətlə, əhəmiyyət verilmir. JAM.AZ xəbər verir ki, AAAF Park Şirkətinin sözügedən şəhərdə saldığı şəhərcikdəki binaların bir çoxuna tezalışan üzlüklər vurulub. Hətta prezidentin təlimatından sonra da bu üzlüklərin sökülməsi həyata keçirilməyib.
Xırdalan camaatı isə deyir ki, AAAF Park şirkəti bütün şəhəri yanğının ağuşuna atmaq istəyir. Onların sözlərinə görə, çoxlu sayda binaya vurulmuş tezalışan üzlüklər əgər yanğına məruz qalarsa, bu təkcə şirkətin inşa etdiyi ərazini deyil, bütün Xırdalanı ağuşuna ala bilər. Ona görə də, indidən lazımi tədbirlərin görülməsini istəyirlər.

689 dəfə oxundu