“Fərhad Əliyev Avropadan sığınacaq almayıb” - Əlövsət Əliyev

“Fərhad Əliyev Avropadan sığınacaq almayıb” -

“Fərhad Əliyev Azərbaycanda yaşamasa da, o Avropadan sığınacaq almayıb. Yalandan yazırlar, deyilənlər doğru deyil”.

Bunu AzVision.az-a açıqlamasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Əlövsət Əliyev deyib. O, qardaşlarının Almaniyadan sığınacaq alması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. “Mən Cəlilabadın Alar kəndində yaşayıram. Adi insanam. Qardaşlarım barədə hər gün bir məlumat yazırlar. O, yazılanların heç birini oxumuruq. Siz də inanmayın, yalan məlumatlardır. Qardaşlarım sığınacaq almayıblar”.

Qeyd edək ki, Rafiq və Fərhad Əliyev 2013-cü ilin oktyabr ayında prezidentin sərəncamı ilə əfv olunublar. Əliyev qardaşlarının hazırda Avropada yaşadığı bildirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
250 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...