General qardaşına güvənən başçı telekanalın saytını dağıtdırır...

General qardaşına güvənən başçı telekanalın saytını dağıtdırır...

Bölgəxəbər televiziyası (btv.az ) hakerlərin hücumuna məruz qalıb. Bu barədə Btv.az-ın rəhbəri Vasif Turan DİA.AZ-a açıqlamasında bildirib. Onun sözlərinə görə Tovuz rayonundakı özbaşnalıqlar , icra başçısının mənimsədiyi milyonları üzə çıxaran yazılar dərc edilib , material işıqlandırıldıqdan sonra sayt hakerlərin hücumları ilə üzləşib. Rəhbərin sözlərinə görə yazılardan dərc edilib , efirdə işıqlandırdıqdan sonra onun mobil telefonun və redaksiyaya təhdid xrakterli zənglər gəlməyə başlayıb. Axşam saatlarından etibarən isə “ bolgexeber.com ” və “ btv.az “- ın fəaliyyəti hücumlar nəticəsində dayandırılıb. “Tovuz rayon rayon icra bascisi və onun nümayəndələri bu yolla bizi qorxudub susdura bilməz” – bu sözləri “ dia.az ” - a müsahibəsində Vasif Turan bildirib.

Baş verənlərə “btv.az” – ın texniki şöbəsinin əməkdaşı Şahidə Tapdıq da aydınlıq gətirib . Onun sözlərinə görə hal-hazırda texniki işlər davam edir və yaxın saatlarda “ Btv. az ” ve “ bolgexeber.com ” fəaliyyətini bərpa edəcək .


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
464 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...