Xudatda Azərbaycan bayrağı niyə çıxarılıb? FOTO

Xudatda Azərbaycan bayrağı niyə çıxarılıb?


GUNDEMİNFO.AZ yazır ki, Xudat sakinlərindən birinin A24.az-a göndərdiyi fotoda şəhər mərkəzindəki hündür bayraq dirəyinin üzərində Azərbaycanın dövlət bayrağının asılmadığı görünür. Adının məxvi saxlanmağını istəyən sakin qeyd edir ki, burada yaşayan hər kəs bilir ki, uzun müddətdir dirəyin üzərindəki bayraq çıxarılıb. Rusiya ilə sərhəddə yerləşən Xudat şəhərinin mərkəzindəki bayrağın endirilmə səbəbi isə sakinlərə aydın deyil.

Məsələ ilə bağlı Xaçmaz RİH başçısının müavini Yetkin Mehmanov A24.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, bayrağın götürülməsinə səbəb onun asıldığı dirəyin qaldırıcı mexanizminin sıradan çıxması ilə əlaqədardır:“Həmin mexanizm Bakıya aparılıb və təmir edildikdən sonra bayraq yenidən öz yerində asılacaq. Ancaq bayrağın yenidən hansı zaman müddətində öz yerinə asılacağını dəqiq deyə bilmərəm. Çünki bu, mexanizmin təmiri ilə birbaşa bağlı məsələdir. Ancaq yaxın 3-5 gün ərzdində bərpa ediləcəyini düşünürəm. Bu, sırf texniki naazlıqla bağlıdır, başqa heç bir problem yoxdur. Bayraq da, bununla bağlı olaraq təxminən 2 həftə əvvəl ərazidən götürülüb”.

Onu da qeyd edək ki, sakinlər icra başçısının müavinini “bayrağın təxminən 2 həftə əvvəl ərazidən götürülməsi” ilə bağlı fikirləri ilə razılaşmırlar. Onlar qeyd edirlər ki, dövlət bayrağı təxminən 2 ay əvvəl ərazidən götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
327 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...