Nəyə görə ABŞ-in prezidenti Hillari Klinton olacaq?

Doğrusu, bu sualla Rusiya saytlarından birində rastlaşmışdım. Onlar məsələ ilə bağlı öz mülahizələrini – bugünkü Rusyanın spesifikasına uyğun fikirlərini yazmışdılar ki, bunun da detallarına varmağın mənası yoxdur.Amma nə gizlədim,mövzu mənə maraqlı göründü və qərara gəldim ki, mən də öz qənaətlərimi yazım...
Qərəz, ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca namizədlər arasındakı çəkişmə də özünün pik həddinə çatır – sadə amerikalı seçici Klintonun və yaxud da ki, Trampın həyatının, hətta özəl həyatının təfərrüatlarına, ən xırdadetalallına belə baş vurmaq imkanı qazanır...
Baxıb görürsən ki, kimlərdəsə bunlarhəsəd, kimlərdəsə isə bir təlaş yaradır. Kimsə yanıb tökülür ki, axı belə bir demokratiya buralarda niyə yoxdur? Kimsə də avtoritar sistemə və onun yasaqlarına şükr etməyə çağırır ki, bütün bu biabırçılıqlar bizim ölkəmizdə deyil, haradasa çox – çox uzaqlarda, okeanın o biri tərəfində baş verir.
Amma mənə elə gəlir ki, demokratiyanın gözəlliyi də elə məhz bundadır –şübhəli,qaranlıq nöqtələr qalmır, insanlar onları idarə etmək istəyənlər haqqında hər şeyi, yaxşını da, pisi də bilməyəçalışır və bilirlər də...
Həm də burada bizim çox maraqlı filmlərimizdən birindən – “Dərviş Parisi partladır” filmindən olduqca düşündürücü bir detal yadıma düşür.
Avropalıların və müsəlmanların həyat tərzini müqayisə edən film qəhrəmanı Hatəmxan ağa deyirdi ki, o şeylər ki, bizdə gizli olur, onlarda bir qayda olaraq aşkarda baş verir.Bəli,ilk baxışda sadəlövh görünə biləcək bu fikirdə həm çox incəyumor və həm də sərrast yanaşma ifadə olunub...
O ki qaldı ABŞ-dakı seçkilərin başqa təfərrüatlarına, onlar haqqında da çox yazılır, çox deyilir. Bizdə əslində öz seçkilərimiz haqqında danışmaq çətindir və heç kim bu haqda danışmağı sevmir, çünki qan qaraldır...
Ona görə ki, bizim seçki qutularımızı lap “qara dəliklər” kimi “qara qutular” adlandırsalar daha yaxşı olar. Amma şükr ki, Amerika seçkiləri haqqında hansı təfərrüatı desən, bilmək olur...
Doğrusu, ABŞ-ın tarixində ikinci belə seçki xatırlamıram. İş o yerə çatıb ki, hətta nüfuzlu respublikaçılar belə D.Trampa opponentlik etməyə və onun Ağ Evə yolunu əngəlləməyə çalışırlar. Düzü, respublikaçılar elə lap əvvəldən ona mane olmağa cəhd edirdilər, amma bacarmadılar...
İndi əksəriyyət belə hesab edir ki, seçkilərin qalibi Klinton olacaq. Bunun baş verməsi üçün mümkün nə varsa, edilir. Amma orta statistik amerikalı seçici Trampıda yalqız buraxmır. Sadəcə, D.Tramp elə qələtlər edir ki, bunlar ABŞ prezidentliyinə namizəd üçün yolverilməzdir...
Bir az əvvəldə dedik ki, iş o yerə çatıb ki, hətta respublikaçılar da çıxış yolunu Klintonun qalib gəlməsində görürlər. Hətta buna görə Klintonun indiyə qədər etdiyi bir çox yanlışlıqlara, kobud səhvlərə və sağlamlıq durumu ilə bağlı problemlərə belə göz yumurlar. Eləcə də bir faktı da unutmağa çalışırlar ki, Klintonların ABŞ siyasətinə təsir etmək üçün çox imkanları olub.Ona görə də xanım Klintonun seçiciləcəyi təqdirdə ifrat yeni şey gözlməyə dəyməz...
Bəli, bütün məntiq deyir ki, qalib Klinton olacaq. Amma bu, siyasətdir, üstəlik, demokratik siyasətdir. Hər şey ola bilər. Bir neçə dəfə yazmışdıq ki, Trampın qələbəsi ABŞ siyasətində personallıqla institutisionallığın real sərhədlərini aşkarlaya bilərdi.
ABŞ siyasəti institutisional məzmun kəsb edirsə, bu və ya digər namizəddən asılı olmadan bir ABŞ maraqları deyilən anlayışlar varsa, o halda prezident Tramp deyil, məhz ilk qadın ABŞ prezidenti kimi tarixə düşməyə hazırlaşan Klinton olacaq...
Artıq Mosulda da hərbi əməliyyatların başlanıb. Təbii, bu da ABŞ hakimiyyətinin, daha doğrusu, demokratların seçkiyə hesablanmış bir addımıdır. Amma Trampın pasifist şüarlarına dəstək verən amerikalı seçicilərin buna reaksiyası necə olacaq? Onlar Trampın arxasında “daha sıx birləşməyəcəklərmi”? Bunun baş verməməsi üçün isə B.Obama hakimiyyətinə Mosulda sürətli və təsirli qələbə lazımdır...
Xülasə, noyabrın birinci on günlüyünə bir o qədər də çox qalmayıb, bir də gözümüzü açıb görəcəyik ki, seçkilərdir...
Bir daha deyirəm ki, elə bəndəniz də hesab edir ki, prezident Klinton olacaq və Ağ Ev daha bir müddətyenə də demokratların sərəncamında qalacaq. Amma mənə elə gəlir ki, amerikalı siyasətçilər Trampı dəstəkləyənləri də unutmamalıdırlar.Onlar da cəmiyyətin bir kəsimidir və bu kəsimin necə düşünməsi, nə deməsi heç də az əhəmiyyət kəsb etmir...
O ki qaldı H.Klintonun prezidentliyinə, bir daha deyirəm ki,heç də böyük dəyişikliklər gözləmirəm. Xanım Klintonun ABŞ-ın kürd yaraqlılarını dəstəkləyəcəyini və onları silahlandıcağını deməsi məndə narahatlığı bir az da artırdı. Di gəl, yenə də məntiqə üz tuturam. Ümid edək ki, H.Klinton prezident seçiləndən sonra onun ABŞ-ın əsl geosiyasi maraqları haqqındakı təsəvvürü daha çox cilalanacaq...
Biz gəldikdə isə, burada konkret söz demək çətindir. Qarabağla bağlı C.Kerrinin son açıqlaması əslində heç də bir siyasətçinin baxışını ifadə etmir və daha çox ABŞ hakimiyyətinin mövqeyi kimi dəyərləndirilməyə iddialı görünürdü. Düzdür, Azərbaycanda hələ də ümid edirlər ki, o, ABŞ hakimiyətinin mövqeyini ifadə etmirdi.
Nə bilmək olar? Hər halda, C.Kerri bunu böyük siyasətlə vidalaşmaq ərəfəsində demişdi vəümid edək ki, yeni kabinet onun dediklərinə ciddi korrektələr eədəcək. Amma bunun üçün bir az gözləmək lazım gələcək.
Burada daha bir məsələni də qeyd etmək istərdim. Baltik ölkələrinin yaxınlığında rus hərbi qüvvələri az qala bir hərbi şəhərcikdən digərinə doğru hərəkət edəndə Avropa da, ABŞ da hay-küy qoparır ki, bəs qoymayın, ruslar Baltik ölkələrinə təcavüz etmək istəyir! Hətta yadıma gəlir ki, bir dəfəhəmin “İsgəndər” raketləri Kalininqradda görünmüşdü. Avropada elə hay – küy qopdu ki, gəl, görəsən!..
İndi “İsgəndər”lər Qafqazda da nümayiş etdirildi, hətta Yerevanın küçələrinə çıxarıldı. Nəsə dedimi Avropa? Nəsə dedimi ABŞ? Təəssüf ki, heç nə deyilmədi...
Sözsüz, burada bir amilin də rolu var. Onu bir daha təkrarlamaq zorundayıq. Məsələ bundadır ki, adam əvvəl özü hay-küy qaldırmalıdır ki, kimsə onun harayına səs versin. Baltikyanı ölkələr ilk növbədə özləri hay-küy qaldırır. Bəs biz nə deyirik? Deyirik ki, Rusiyadostumuz və strateji müttəfiqimizdir. Bunun müqabilində Qərb durub nə etsin? Desin ki, ay aman, qoymayın, bəs dost dosta təcavüz edir?!..
Amma yenə dəQarabağ problemində H.Klintonun hakimiyyətə gəlişilə bağlı hər hansı dəyişikliyin baş verəcəyinə qətiyyən ümid etmirəm– qoy, bu, mənim şəxsi qənaətim olsun...
Yazar : Hüseynbala Səlimov
276 dəfə oxundu