Bakıda məktəbdə yanğın olub, 20 şagird təxliyə edilib

Bakıda məktəbdə yanğın olub, 20 şagird təxliyə edilib

Bakıda məktəbdə yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 5202 kv.m olan üçmərtəbəli orta məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılan 3 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı 20 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
364 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...