Dollar 1.74 manata yaxınlaşır – Banklar məzənnəni sürətlə artırır

Dollar 1.74 manata yaxınlaşır –


Rəsmi məzənnə qalxdıqca kommersiya bankları da dolların alış və satış qiymətlərini qaldırırlar. Marja” xəbər verir ki,artıq banklarda dolların satış qiyməti 1.74 manata yaxınlaşır. Məsələn, bu gün səhər 1 dolları Günaybank 1.7353 manata, Kapital Bank 1.7352 manata, Unibank 1.7352 manata, Yapı Kredi Bank Azərbaycan 1.7352 manata, AGBank 1.7352 manata satır.

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 9-nə olan rəsmi məzənnəsini 1,6781 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir.”Report”un məlumatına görə, Bank dairələrindən əldə edilən məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6781 AZN/USD olub.

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,57% artması deməkdir.

Sabaha olan rəsmi məzənnə 1,6781 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,6686 AZN/USD) qeydə alınıb. Sabah, noyabrın 9-a olan AMB-nin rəsmi AZN/USD məzənnəsinin 1,68 səviyyəsini keçəcəyini istisna edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...