Tağı Əhmədov Akif Çovdarova qarşı iddia qaldırdı

Tağı Əhmədov Akif Çovdarova qarşı iddia qaldırdı


Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı yeni iddia qaldırıb.

GUNDEMİNFO.AZ-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, T. Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək ləğv edilmiş MTN generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb.

Tağı Əhmədov 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəyib. İddia ərizəsi məhkəməyə daxil olub. Qeyd edək ki, T.Əhmədov istintaqa ifadəsində həmin 3 milyonun "44 illik əmək haqqısı" olduğunu deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...