246 saylı baxça müdirəsindən şikayət

246 saylı baxça müdirəsindən şikayət


246 saylı baxça müdirəsindən şikayət


Diplomsuz Xalidə Ələkbərovadan Hacıbala Abutalıbova şikayət var

Azərbaycanda məktəbəqədər təhsil müəssisələri fəaliyyətini heç cür müasir səviyyəsində tələblər qura bilmir.

Xüsusi ilə dövlət bağçalarında yaşanan neqativ hallar ümid üçün hələlik əsas vermir. Paytaxt baxçalarında baş verən qanunsuzluqlarla bağlı ölkə mətbuatında yüzlərlə məlumat, şikayət dərc edilsədə sonda hər hansı bir yeniliyə rast gəlinmir. Uşaq baxçalarında baş alıb gedən rüşvət, özbaşınalıqlar isə bağça müdirələrinin özlərinə arxayın olmaları və himayədarlarının onlara yüksək "səviyyədə" dəstək verməsindən irəli gəlir. Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılmasına baxmayaraq ciddi nəticələr əldə edilməyib.

Bildirək ki, Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

Lakin bütün səylərə baxmayaraq, təəssüf hissi ilə bildiririk ki, bəzən əvəzsiz xidmətlər sayəsində başa gəlmiş dövlətçiliyimizə kölgə salan "qara qüvvələr” cəmiyyətdə özünü büruzə verir. Özlərini idarə etdiyi sahənin "balaca padşahları” hesab edənlər üçün qanunun aliliyi prinsipi pozula bilər. Lakin hər kəs bilməlidir ki, qanun qarşısında hər kəs eyni qaydada məsuliyyət daşıyır.

Təsadüfi adamların rəhbərliyi altında fəaliyyət göstərən bağça müdirələrinin "çirkin maraqları” böyük işlərimizin "qara yarası”na çevrilir. Belə ki, son vaxtlar redaksiyamıza Xəzər rayonu ərazisində yerləşən 246 saylı bağçada hökm sürən "xaos” haqqında ilginc məlumatlar daxil olmuşdur. Məlumatlarda bağça müdirəsi Ələkbərova Xalidə Hümbət qızı bütünlüklə iş funksiyasını rüşvət, korrupsiya üzərində qurmasından, bağçada baş verən böyük yeyinti hallarından, ələlxüsus, hər həftənin şənbə günləri uşaqlar üçün ayrılmış ərzağın mənimsənilməsindən (nəzərə alsaq ki, şənbə günlər uşaqlar demək olar ki, olmur), bağça üçün ayrılmış iki gözətçidən birinin belə işə çıxmamasından, yəni müdirə həmin gözətçilərə ayrılmış aylıq məvacibləri şəxsən mənimsəyir, ilkin olaraq bağçaya uşaq götürülərkən valideynlərdən 200-300 manat pul alınmasından və s. qanun pozuntularından bəhs edilir.

Adı çəkilən baxça ilə bağlı AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, yaxın günlərdə bir qrup valideyin Bakı şəhər icra başçısı Hacıbala Abutalıbova, ölkə prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edərək Xalidə Ələkbərovanın özbaşınalıqlarının durdurulmasını tələb edəcəklər. Məlumatda deyilir ki, 246 saylı baxça müdirəsi heç kəsi saya salmayaraq məktəbəqədər təhsil ocağını şəxsi marketinə çevirib.Məhz bu baxçada valideyinlərdən məcburi şəkildə rüşvət istənilməklə bərabər həmdə verilən ərzaq malları mənimsənilir. İddiaya görə Xalidə xanım Sabunçu rayon icra başçısı Adil Vəliyevə arxalanmaqla özünü "kiçik padşah" hesab edir. Baxça müdirəsinin dəfələrlə valideyinlərlə kobud danışması və onlaır hədələməsi isə artıq adi hala çevrilib. Heç kəslə hesablaşmayan Xalidə Ələkbərovanın könlündən daha böyük vəzifə keçməyə başlayıb.Halbuki heç bir ail təhsili olmayan və saxta diplomla işə qəbul edilən xalidə Ələkbərova baxça sisteminə yad bir insandır.Amma görünən odur ki, Xalidə xanım artıq korrupsiyanı, rüşvət almağı mükəmməl öyrənib və buna görə də daha böyük vəzifələlərə can atmağa çalışır.

Ümid edirik ki, dövlət müəssisəsindən biznes məqsədi üçün istifadə edən bağça müdirəsini dayandıran tapılacaq...

246 saylı bağça ilə bağlı redaksiyamıza daxil olan şikayətləri araşdırmaqdayiq.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...