Trampın İngiltərəyə girişinə qadağa qoyulacaqmı? – İngilislərin qorxduğu başına gəldi

ABŞ-ın yeni prezidenti Donald Trampın “müsəlmanların Amerikaya girişi qadağan olunsun” açıqlamasına cavab olaraq, İngiltərədə Trampın bu ölkəyə girişinin qadağan olunması ilə bağlı imza toplama kampaniyası həyata keçrilmişdi.
Avropa.info xəbər verir ki, hətta İngiltərə hökuməti 3 saat ərzində bunu müzakirə etmişdi. İngiltərənin xarici işlər naziri Boris Conson mətbuata müsahibəsində Trampın bu ölkəyə girişinin qadağan olunmasını dəstəkləmişdi.
Lakin müzakirələrdən sonra İngiltərə siyasətçiləri Trampın ölkəyə girişinə qadağa qoymamaq və hətta onu İngiltərəyə dəvət edərək bu haqda müzakirələr aparmaq haqda qərar vermişdilər. Bu qərara müxalif olan ingilis siyasətçilər isə İngiltərə daxili işlər nazirliyinin keçmişdə Trampın fikirlərinə bənzən ifadələr işlədən şəxslərin ölkəyə girişinə qadağa qoyduğunu xatırlatmışdılar. Hətta İngiltərənin keçmiş baş naziri Kameron Trampı “separatçı” adlandırmışdı.
Hazırda ABŞ prezidenti olan Trampın İngiltərəyə mümkün səfəri zamanı nələr yaşanacağı maraqla gözlənilir.
334 dəfə oxundu