Cavid Qurbanovdan təklif - “Ölkə rəhbərliyinə müraciət edək...”

Cavid Qurbanovdan təklif -


Millət vəkili, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında ölkədə tikinti sahəsində yaranan problemləri gündəmə gətirib.

Moderator.az xəbər verir ki, C. Qurbanov qeyd edib ki, bu gün ev, obyekt tikintisi aparırsansa, onu özəlləşdirsən də altındakı mülkiyyət (yəni torpaq) sənə aid deyil: “ Ona görə də təklif edirəm ki, heç olmasa tikintinin altındakı torpaq mülkiyyətinin də tikinti aparıldığı ərazi qədər və ya bir az ondan artıq hissəsinin özəlləşdirilməsinə imkan verilsin.

Millət vəkili Vahid Əhmədov və Tahir Mirkişili isə qeyd edib ki, bu yaxınlarda Tikinti və Şəhərsalma Məcəlləsinə edilən dəyişikliklərdə bu məsələlər müəyyən mənada öz əksini tapıb: “Belə ki, Şəhərsalma və Tikinti məcəlləsinə edilən dəyişiklikdə tikinti aparan şəxs ilk növbədə torpağı özəlləşdirib onun sənədlərini əldə etdikdən sonra tikinti apara bilər.

Cavid Qurbanov isə əlavə edib ki, belə olan hal təqdirdə bəs rayon İcra Hakimiyyətlərinin tikinti aparmaq üçün verdiyi sərəncamlar nəyə lazım olacaq? Ona görə də, bu anlaşılmazlığın və problemin aradan qaldırılması və qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı ölkə rəhbərliyinə millət vəkilləri adından müraciət ünvanlayaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...