Fransalı siyasətçi: Çin lideri Ursula fon der Lyayen ilə görüşdə Makronu alçaldıb

Çin Xalq Respublikasının Sədri Si Cinpin Parisdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə üçtərəfli görüşdə Fransa prezidenti Emmanuel Makrona məhəl qoymayıb və onu alçaldıb.

“Report” xəbər verir ki, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” hesabında paylaşım edib.

“Si Cinpinin Fransaya dövlət səfəri: Makron alçaldılır və məsxərəyə qoyulur! O, Ursula fon der Lyayeni dəvət etməklə təvazökarlığını nümayiş etdirdi. Çin prezidenti onunla daha çox danışaraq əsl müdiri müəyyənləşdirdi və bununla da Makrona məhəl qoymadı”, - paylaşımda bildirilib.

Filippo onu da vurğulayıb ki, tabeçilik ruhu Fransanın milli maraqlarına zərər verir və Aİ-yə üzvlük onu zəiflədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...