Milli Məclis bu tarixdə özünü buraxacaq

Milli Məclis bu tarixdə özünü buraxacaq
Parlamentin yaz sessiyasının sonuncu iş günündə Milli Məclisin buraxılmasına dair qərar qəbul olunacaq.

Bu barədə Gununsesi.info-ya hökumətdəki mənbələr bildirib.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyası mayın sonunda başa çatır.

Ötən illərin təcrübəsinə görə parlamentin yaz sessiyası həmişə iyuna qədər uzadılıb.

Bildirilir ki, Milli Məclis iyun ayında sonuncu iclasını keçirəndən sonra özünü buraxacaq.

Bundan qısa müddət sonra yeni seçkilər təşkil olunacaq.

Mənbəmiz seçkilərin COP29-a qədər keçiriləcəyini deyib.

Onu da xatırladaq ki, Gununsesi.info olaraq, bu barədə ilin əvvəlində yazmışdıq.

Onu da qeyd etmişdik ki, Milli Məclisdə əsas çoxluğu təşkil edən hakim Yeni Azərbaycan Partiyası bu dəfə özünün deputatlığa namizədlər siyahısında ciddi dəyişiklər edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
152 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...