Azərbaycanlı qız ipəkdən ilk dəfə Quran hazırladı - VİDEO

Azərbaycanlı qız ipəkdən ilk dəfə Quran hazırladı -


Azərbaycanlı rəssam Tünzalə Məmmədzadə dünyanın ilk ipək “Quran-Kərim” kitabını hazırlayıb. 3 il müddətində hazırlanan kitabda surələrin hamısı qara şəffaf ipək üzərində, qızılı və gümüşü boyalarla yazılıb. Kitabın hazırlanmasında 50 metr parçadan, 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.

Rəssamın sözlərinə görə, sadəcə ərəb hərflərini bilir, dini təhsili isə yoxdur. Bu kitabı sırf sənət baxımından işləyıb.

Tünzalə Azərbaycan Rəssamlıq Akademiyasında bakalavr təhsili alıb. Ardınca Qərb Universitetində modelyer rəsssamlıq üzrə magistraturada oxuduqdan sonra yenidən Rəssamlıq Akademiyasında modelyer rəssamlıq üsrə doktorantura pilləsinə qalxıb. Hazırda Türkiyədə Mərmərə Universitetində sənət tarixi üzrə doktoranturada oxuyur.

Rəssam ipək üzərində yazılan Quran kitabının başqa ölkələrdə təqdimatının keçirilməsini istəyir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
411 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...