İranda “quş qripi” yayılıb

İranda “quş qripi” yayılıb


İranın paytaxtı Tehranın Malard bölgəsindəki 4 quşçuluq təsərrüfatında ev quşları arasında “quş qripi” xəstəliyi aşkarlanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Baytarlıq Təşkilatı açıqlayıb. Qeyd olunan 4 quşçuluq təsərrüfatında 513 mindən çox toyuq məhv edilib.

İran Baytarlıq Təşkilatı elan edib ki, bu xəstəlik qonşu ölkələr - Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və İraqda da yayılıb, lakin bu ölkələr Dünya Səhiyyə Təşkilatına hesabat verməyiblər.

Malard bölgəsinə yaxın Əlborz əyalətində qabaqlayıcı tədbirlər həyata keçirilir. Rəsmi şəxslər insanları diri quşları almaqdan çəkinməyə çağırıb. Əyalətdə 100-dən çox diri quş satılan obyekt bağlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...