Gülnarə Kərimova ilə bağlı şok yenilik - Özbək kəşfiyyatı

Gülnarə Kərimova ilə bağlı şok yenilik -


Özbəkistan kəşfiyyatı Gülnarə Kərimovanın oxşarını tapıb.

Axar.az xəbər verir ki, bunu BBC radiosuna müsahibəsində Gülnarə Kərimovanın oğlu İslam Kərimov söyləyib. Onun sözlərinə görə, Kərimova Daşkənddə Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin tam nəzarəti altında saxlanılır:

“Özbəkistan hökuməti anamın oxşarını tapıb. Onlar həmin şəxsi avtomobildə əyləşdirərək, şəhərdə gəzdirirlər və bununla insanlara Gülnarənin azadlıqda olduğunu göstərmək istəyirlər. Anamla bağlı heç bir məhkəmə keçirilməyib. Hətta onun dostları və həmkarlarını vəkillərin iştirakı olmadan cəzalandırıblar. Bacım İman Kərimovanı isə onlar Daşkənd otellərinin birində saxlayırlar. İman anamla yalnız ayda bir dəfə görüşə bilər. Anamın Tvitterdə heç bir hesabı yoxdur. Bunların hamısı yalandır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
605 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...