Torpaqlardan istifadəyə nəzarət: məsələ polislik oldu

Torpaqlardan istifadəyə nəzarət:


Dövlət başçısı 2000-ci ildən qüvvədə olan “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında əsasnamə”yə dəyişiklik fərmanı imzalayıb. Novator.az-ın məlumatına görə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi qarşısında yeni vəzifələr qoyulub. Bu qurumlar torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün tədbir görməli, bu hallar barədə daxili işlər orqanlarına məlumat verilməsini təmin etməlidir.

Əsasnamənin əvvəlki variantında Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) halları ilə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldıra bilərdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...