Alsu Leyla Əliyevanın şeirinə mahnı oxudu - VİDEO

Alsu Leyla Əliyevanın şeirinə mahnı oxudu -


Rusiyalı müğənni Alsu Azərbaycan prezidenti İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə bəstələnmiş mahnıya çəkilən klipini təqdim edib.

Rusiya KİV-i yazır ki, “Gedib bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) adlanan mahnının musiqisi Nigar Çəndirli və Dmitri Klimaşenkoya məxsusdur.

Klipin rejissorları Mariya Unjakova və Pavel Sidorovdur. Ekran işi ağ-qara fonda lentə alınıb.

Qeyd edək ki, Alsu 3-cü dəfə ana olduqdan sonra səhnə fəaliyyətinə ara vermişdi. Bu, ifaçının yaradıcılğına fasilə verdikdən sonra ilk işidir. (oxu.az)





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...