Qalatasaraya ŞOK — Bu şəxslər FETÖ-çü çıxdı

Qalatasaraya ŞOK —


İstanbul Respublika Prokurorluğu FETÖ-nün futbol aləmindəki əlaqələri ilə bağlı apardığı araşdırmanın ilkin nəticələri bəlli olub. Ölkə.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluq Qalatasaray futbol klubunun keçmiş 4 üzvü ilə bağlı "silahlı terror qruplaşması"na üzvlük ittihamı ilə cinayət işi açıb. Cinayət işində adı keçən oyunçular İsmail Dəmiriz, Arif Ərdəm və Uğur Tütünəkərdir.

Digər məşhur futbolçu və hazırda Türkiyədən qaçaraq ABŞ-da məskunlaşan Hakan Şükür barəsində isə ayrıca Sakarya Baş prokurorluğunda cinayət işi davam edir. Araşdırmada yer alan iddialara görə, bu futbolçular Fətullah Gülənə böyük klubları ələ keçirməkdə və təşkilata milyonlarla vəsait qazandırmaqda yardım ediblər.

İddiadə yer alan maraqlı məqamlardan biri isə hazırda da karyerası davam edən Əmrə Belözoğlu ilə bağlıdır.

FETÖ-nün futbol aləmindəki imamlarından olan Səid Alpsoy ifadəsində bu futbolçudan da bəhs edir. "Əmrə 2000-ci illərdə mənə zəng etdi. O, FETÖ-dən gizli birinci liqa klubları ilə görüşərək dini söhbətlər etmək istədiyini bildirdi. Əmrə mənə Fətullahın məqsədinin ancaq pul qazanmaq olduğu və pulla bu işlər qarışdırılmamasını dedi". İddialar təsdiqlənərsə bu futbolçular 5 ildən 15 ilədək həbs oluna bilərlər.


Qalatasaraya ŞOK —
Qalatasaraya ŞOK —



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
372 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...