Lezbiyanları ata edən prezident: Amerikalılar onu necə satdı?

Lezbiyanları ata edən prezident:


Sağçıların “baş qaldırdığı” Avropada Fransa prezidenti Fransua Olland əsas hədəflərdən biridir.

Gələn il ölkədə keçiriləcək prezident seçkilərində solçu ideologiyasının “yumşaq başı” kobud desək əzilə bilər. Görünən odur ki, “Milli Cəbhə” Partiyasının sərt qadını Marina Le Pen, yaxud mərkəz sağ Respublikaçılar Partiyasının namizədi Fransua Fiyon onu asanlıqla kürsüdən düşürəcək.

Böyük ümidlərlə qarşılanan Fransua Ollandın “beşinci respublikanın ən qeyri-populyar liderinə” çevrilməsinin və düşdüyü acınacaqlı vəziyyətin səbəblərini təqdim edirik.

Onun reytinqi 20 faizin də altındadır. Səbəb: seçkiqabağı verdiyi vədlərin 60 faizini yerinə yetirmədi və Fransa tarixinin ən pis nəticələri ilə üzləşdi. Rəhbərlik etdiyi partiyanın düşdüyü vəziyyət də Fransadan fərqlənmir. Və bütün bunların fonunda Fransa terror aktları seriyası ilə üzləşdi. Bu, Ollandın sonunun başlanğıcı idi.

Sarkoziyə nifrət və yaşasın “yeni kral”

Ollandın inaqurasiyası zamanı çəkilmiş videokadrlar deməyə əsas verir ki, onun prezident seçilməsi cəmiyyətin bütün təbəqələrinin sevincinə səbəb olmuşdu. Bütün fransızları bir məsələ birləşdirirdi: çoxlu düşmən qazanmış Nikola Sarkozinin hökmranlığına son qoymaq. Olland Sarkoziyə antipatiyasını gizlətmirdi və seçkiqabağı verilən böyük vədlərlə yanaşı, məhz bu nifrət seçicilərin ona üstünlük verməsini təmin etdi. Lakin adı ölkəsi kimi səslənən Ollandın 2012-ci ildə seçkiqabağı vədlərində açıq zidiyyətlər sezilirdi. O, bütün bankirləri özünün rəqibi adlandırdı. Lakin elə həmin ay onları solların varisi elan etdi. Rəqibləri danışırdı ki, o, sadəcə hər kəsi razı salmağa çalışırdı, lakin bu, məyusluqla nəticələndi. Problemlərin miqyası isə Fransua Ollandın Yelisey sarayına daxil olmasından sonra ortaya çıxdı.

Merkel danışır, Olland susur, Fransanın gözləri de Qollu axtarır

Fransada tez-tez Jak-Şirakdan sitat gətirirdilər. Şirak deyirdi ki, seçkiqabağı vədlər öhdəlik yaratmır. Lakin Ollandın ümumiyyətlə, iqtisadi proqramı yox idi. Almaniya kansleri Angela Merkellə Ollandın ilk görüşü fransızlarda kədərli iz buraxdı. Çünki yeni seçilmiş prezident vəd vermişdi ki, Avropa büdcə paktına dəyişiklik edəcək və bu məsələni Merkellə həll etməli idi. Olland buna təkid edirdi və Fransanın kəmərləri çəkməsi ilə bağlı Berlinin təlimatına riayət etmək istəmirdi. Lakin görüşün sonunda bəlli oldu ki, kansler Ollandı inandırmağı bacarıb.

“İqtisadiyyatın kreditlə inkişafı bizi böhranın başlanğıcına qaytaracaq. Biz bunu istəmirik və buna icazə verməyəcəyik”, - Merkel deyirdi. Olland isə başını aşağı salıb susurdu.

Fransızlar məyus olmuşdu. Əksər fransızlar hələ də müharibədən sonrakı dövrdə prezident olmuş Şarl de Qoll kimi siyasi xilaskar və millətin atasını arzulayır. Bu, nostalji siyasətdir. Hansı ki, belə nostalgiya Böyük Britaniyada “Brexit”ə, ABŞ-da Donald Trampın seçilməsinə gətirib çıxartdı.

Depardye qaçdı, lezbiyanlar ata oldular

Olland iqtisadiyyata aid vədlərindən bəzilərini yerinə yetirdi. Lakin bunun ziyanı xeyrindən daha çox oldu. Məsələn, sosialist prezident varlılara yüksək vergi yüklədi. Maliyyə siyasətinin də uğur gətirmədiyi tezliklə ortaya çıxdı və ölkədən kapital axını başladı. Üstəlik, cəmiyyətdə tanınmış və qəbul olunan Jerar Depardye kimi fiqurlar Ollandın siyasəti nəticəsində Fransa vətəndaşlığından imtina etdilər.

Olland düşünürdü ki, məşhur varlılar olmadan da fransızları birləşdirə və uğur qazana biləcək. Lakin məlum oldu ki, kasıblar da onun siyasətindən narazıdırlar.

Burada əsas səbəb işsizlikdir. Hətta o, iqtisadiyyat nazirini dəyişsə də, problemi həll edə bilmədi.

İşsizliklə yanaşı, Ollandın tərəfdarlarının əhəmiyyətli hissəsini narahat edən başqa məsələ də var idi: O, prezident kürsüsü uğrunda mübarizə zamanı eynicinsli nikahlarının leqallaşdırılması öhdəliyini üzərinə götürmüşdü. Bura həmçinin, homoseksual və lezbiyanlara övladlığa uşaq götürmək hüququ da daxil idi. Olland prezident olan kimi eynicinsli nikahlara icazə verərək öhdəliyini yerinə yetirdi. Bu isə katolik və protestant dindarlarının küçələrə çıxaraq etiraz etməsinə səbəb oldu.

Müsəlmanların təqibi

Fransadakı müsəlmanlar ayrı-seçkilik və işsizlikdən şikayət edirdilər. Lakin Ollandla onların münasibəti 2015-ci ildəki terror aktlarından sonra tamamilə pozuldu. Hərçənd, o, Məhəmməd Peyğəmbərin davamçılarının ekstremist olmadığını deyirdi. Lakin ölkədə müsəlmanlara qarşı təzyiq artdı. 2015-ci ilin noyabr ayında fövqəladə vəziyyətin elan olunmasından sonra isə müsəlmanların kütləvi həbslərinə strat verildi.

Arzusu gözündə qaldı

Prezidentliyinin ilk illərində Olland öz liderlik keyfiyyətlərini göstərməli, xüsusilə siyasi sinifi öz ətrafında birləşdirməli idi. O, seçki öncəsi dövrdə islahatlar aparacağına söz vermişdi. Bunu həyata keçirmək üçün Senatda sağ müxalifəti inandırmaq, yaxud heç olmasa onları parçalamaq lazım idi. Lakin o, bunu bacarmadı.

Ollandın vədlərindən biri regional dillərə rəsmi status verilməsi ilə bağlı idi. Hansı ki, bu, azlıqların dilləri haqqında Avropa Konvensiyası ilə təsdiq olunub. Prezident bu məsələni bir neçə dəfə Senata çıxartdı, amma nəticə əldə edə bilmədi. Hətta Olland müxalifətlə o qədər bacarıqsız danışıqlar aparırdı ki, görüşlər həmişə nəticəsiz başa çatırdı.

İkinci konstitusiya islahatlarında da Olland büdrədi. O, Ali Magistratlar Şurasının (məhkəmə sistemində yüksək postları təyin edənlər) səlahiyyətlərinin artırılmasına cəhd etdi. Sağ müxalifət buna razı olmadı və cəhd baş tutmadı.

Olland ötən il baş verən terror aktından sonra əhalinin dəstəyini əldə etmək üçün daha bir konstitusiya islahatı keçirməyi düşünürdü. O, ikili vətəndaşlığı ləğv etməyi təklif etdi. Bu isə birbaşa müsəlmanlara qarşı yönəlmiş addım idi. Çünki Fransada ikili vətəndaşlıq ən çox müsəlmanlardadır. Senatın aşağı palatasından Ollandın təklifi keçsə də, yuxarı palatada sağlar qəti şəkildə qarşı çıxdılar. Beləliklə, yeni cəhd yenə də alınmadı.

Olland rusları satdı, amerikalılar onun özünü

Ollandın uğursuzluğu diplomatiyada da ortaya çıxdı. Burada iki mühüm istiqamət görünür:

Birincisi, Rusiya ilə münasibətlərdir. Paris Vaşinqtonu inandırmağa çalışırdı ki, Rusiyanın “Mistral” tipli döyüş təyyarələri daşıyan gəmi sifarişini yerinə yetirməklə NATO-nun maraqlarına zidd addım atmır. Lakin Olland Rusiya ilə müqavilənin icrasına təkid etsə də, ölkə daxilində lobbilərin təzyiqi ilə üzləşdi. ABŞ-la danışıqlarda da nəticə əldə edə bilmədi və müqaviləni pozmağı ən yaxşı yol olaraq seçdi.

İkincisi, Suriya məsələsidir. Vaşinqton Fransanı ABŞ-ın Suriya siyasətinə dəstək verməyə məcbur etdi. 2013-cü ildə Paris bildirdi ki, Bəşər Əsədin devrilməsində iştirak etməyə hazırdır. Dəməşqə zərbə endirmək üçün formal səbəb Suriyada kimyəvi silahların tətbiqi olmalı idi. Əsədin rəqibləri iddia edirdilər ki, hökumət qoşunları kimyəvi silahdan istifadə edib. Lakin Amerika Suriyada kimyəvi silahın birgə məhv edilməsi ilə bağlı Rusiyanın təklifini üstün tutdu. Fransa özünü aldadılmış hesab edirdi. Vaşinton və Moskva onların iştirakı olmadan məsələni həll etdilər.

Bu, Ollanda işarə oldu ki, strategiyanın dəyişdirilməsinin vaxtı çatıb. Və o, kənardan izləmək strategiyasına üz tutdu. Bu gün Fransa sərt şəkildə Əsədə qarşı çıxır, lakin sadəcə bəyanatlarla kifayətlənir. Bu isə Fransanın Yaxın Şərq siyasətini dalana salır.

Günahkar prezidentdir

Olland 2017-ci ilin 7 mayında keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Lakin onun seçkiyə nə ilə gedəcəyi anlaşılmazdır. Çünki artıq solların özləri də onu dəstəkləməkdən imtina edirlər. İşsizliklə bağlı etirazlar davam edir, müsəlmanlara qarşı hücumlar son bir il ərzində üç dəfə artıb və bütün bunlara görə prezidenti günahlandırırlar.(Publika.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...