Ən ziddiyyətli hadisələrin yaşandığı Xoruz illəri... - Gələn il nə ilə əlamətdardır?

Ən ziddiyyətli hadisələrin yaşandığı Xoruz illəri... -


Meymun ili olan 2016-cı il həm ölkəmiz, həm də dünya üçün xeyli gərgin il oldu. Dünyada baş verən gözlənilməz hadisələr, proqnozlaşdırılmamış siyasi proseslər, ölkələr arasındakı gərginliklər, maliyyə böhranı, Azərbaycanda davam edən bahalaşma, manatın daha da qiymətdən düşməsi və sairə bunu deməyə əsas verir.

Qarşıdan isə 2017-ci il - Xoruz ili gəlir.

Bəs Xoruz ilində Azərbaycanı və dünyanı nələr gözləyir? Ötənlərdə Xoruz illəri nələrlə yadda qalıb?

Astroloqlar 2017-ci il barədə hələlik proqnoz vermək istəməsə də, Xoruz illərində baş verən hadisələrə nəzər yetirəndə görürük ki, bu dövrlərdə ən ziddiyyətli hadisələr yaşanıb; hakimiyyət dəyişiklikləri bir-birini əvəz edib, dünyanın tarixini dəyişən olaylar baş verib.
Onlardan bir neçəsini təqdim edirik.

1933-cü il. Bu ildə Adolf Hitler hakimiyyətə gəlib. Berlindəki “Terrorun xəritəsi” məlumat-sərgi mərkəzinin əməkdaşı, tarixçi Klaus Hessenin dediyinə görə, Hitler əslində II Dünya müharibəsinə hakimiyyətə gəldiyi həmin ildən başlayıbmış:

“Hitlerin bütün səyləri Versal Sülh Müqaviləsinə yenidən baxdırmaq, ”Böyük Almaniyanın" Avropadakı hegamoniyasını bərpa etmək, Almaniyanı davamlı müharibəyə hazırlamaq üçün sənaye ölkəsinə çevirmək idi".

1933-cü ildən söz düşmüşkən, bu il həm də dünyada ukraynalıların Qolodomor adlı soyqırım faciəsi ilə tarixə düşüb. Qolodomor sözü “aclıq” və “öldürmək” sözlərinin birləşməsindən əmələ gəlib. Stalin milli elitanın və sosial dəstəyin ləğv edilməsi yolu ilə Ukrayna milli ideyasının aradan qaldırılması üçün ukraynalılara qarşı açıq müharibəyə başlamışdı. Həmin ildə 25 mindən çox ukraynalı aclıq nəticəsində dünyasını dəyişib, 125 min insan isə repressiyaya məruz qalıb.

1933-cü ildən hazırlıqlarına başlanan, 10 milyonlarla insanın ölümü ilə nəticələnən II Dünya müharibəsi sonrakı Xoruz ilində, 1945-ci ildə Antihitler Koalisiyasının qələbəsi ilə başa çatıb. Həmin ilin 30 aprelində Hitler həyat yoldaşı Eva Braunla birlikdə bunkerlərin birində intihar edib.

Qeyd edək ki, bu müharibə dünya siyasətinin dönüş nöqtəsi oldu, dünya arenasında qüvvələrin yeni paylaşmasını ortaya qoydu. Dünya siyasi xəritəsi dəyişikliyə uğradı. Təkcə Almaniya və Yaponiya deyil, həmçinin koalisiya tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında durdu və elə həmin il Yaponiyanın Naqasaki şəhərinə atom bombası atması ilə tarixə düşdü. Hadisə nəticəsində 36 mindən çox insan həlak olmuşdu.
Tarixə nəzər salanda o da məlum olur ki, dövlətləri sarsıdan terror aktları, zəlzələlər də Xoruz illərinə tez-tez təsadüf edir.

Azərbaycan tarixi üçün mühüm hadisələr ilə yadda qalan Xoruz ili 1993-cü ilə təsadüf edir. Bir il öncə hakimiyyəti ələ alan Azərbaycan Xalq Cəbhəsi 1993-cü ildə öz mövqeyini itirdi, hakimiyyətə isə Heydər Əliyev gəldi.

Sonrakı Xoruz ilində, yəni 2005-ci ildə ölkədə Milli Məclisə seçkilər keçirilib. Seçkilərdə iqtidar qələbə qazanaraq 62 deputat mandatı əldə etmişdi...

Qeyd etdiyimiz kimi, astroloqlar qarşıdakı illə bağlı proqnoz verməyə tələsməsələr də, bəziləri qısaca da olsa Xoruz ilinin bu dəfə də sakit keçməyəcəyini, siyasi təlatümlər yaşanacağını, bahalaşmanın, münaqişə və boşanmaların sayının daha da artacağını qeyd edirlər. \\musavat,com\\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
311 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...