Böyük Britaniyanın keçmiş baş nazirindən xəbərdarlıq - AVRO ÇÖKÜR

Böyük Britaniyanın keçmiş baş nazirindən xəbərdarlıq -


Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Avropanın vahid valyutası avronun çökməsindən ehtiyat edir. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə keçmiş nazir İndiana ştatında DePo Universitetinin tələbələri ilə görüşü zaman deyib. Kemeronun fikrincə, avrozonanı gələcəkdə daha çox problem gözləyir. O qeyd edib ki, avro əvvəlcədən planlaşdırıldığı kimi çalışmır.

Keçmiş baş nazir deyib: “Bütün avrozona ölkələrində vahid valyuta var, amma vahid vergi və maliyyə sistemi yoxdur. Bu, böyük çətinliklər yaradır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...