İstanbul terroruna sevinən HDP-li qaçmaq istəyərkən həbs olundu

İstanbul terroruna sevinən HDP-li


Dünən İstanbulun Beşiktaş rayonunda həyata keçirilən terror hücumundan sonra sosial media hesabından “Yaxşı olub” mesajı bölüşən HDP-li Berfin Kadem avtovağzalda polis tərəfindən saxlanılıb.

Turkustan.info Avropa.info-ya istinadən xəbər verir ki, polisləri hədəf alan xain hücuma sevinən Berfin Kadem adlı tvitter istifadəçisi, “çevik polisə qarşı olub, yaxşı olub sizə ” şəklində status yazmışdı.

Sosial mediadan gələn böyük reaksiyalardan sonra əvvəl tvitini silən Berfin Kadem daha sonra, tvitter hesabını bağlamışdı.
İstanbulda yaşayan Berfin Kademin bu gün şəhərdən qaçmaq istəyərkən avtovağzalda həbs olunduğu qeyd olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...